Nida Təhlil
Beynəlxalq yarışların Azərbaycanda təşkil olunmasının böyük əhəmiyyəti var - Deputat
Azərbaycanın müharibədən cəmi altı ay sonra dünya əhəmiyyətli yarışalara ev sahibliyi edə bilməsi ölkəmizin gücünü və qüdrətini göstərir. Milyonlarla auditoriyanın izlədiyi dünyaca məşhur “Formula-1” yarışının və 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi ölkəmizin tanıdılmasında böyük əhəmiyyətə malikdir.
Bunu Publika.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, bu mötəbər yarışların Azərbaycanda təşkili ölkəmizin turizm potensialının bərpa edilməsinə böyük töhfə verəcək: “Bu cür yarışlar dünyanın bir çox nüfuzlu televiziya kanalları vasitəsilə yayımlanır və xaricdə böyük auditoriya tərəfindən izlənilir. Buna görə burada əsas məqsədlərdən biri də Azərbaycanın tanıdılmasıdır. Xüsusilə də biz dəfələrlə şahidi olmuşuq ki, “Formula-1” yarışları ölkəmizin təbliğində böyük rol oynayıb. Bu cür yarışlar yüzlərlə beynəlxalq telekanalda yayımlanır, Azərbaycanın adı çəkilir, paytaxtımız nümayiş olunur. Xaricilər də ölkəmizlə, harada yerləşməsi ilə, turizm imkanları ilə maraqlanırlar.
Mən bir sıra tədbirlərdə şahidi olmuşam ki, xarici qonaqların bir çoxu Azərbaycanı və ölkəmiz haqqında məlumatları “Formula-1” yarışlarından aldıqlarını bildiriblər. Bu baxımdan hesab edirəm ki, bu cür beynəlxalq yarışların ölkəmizdə təşkil olunmasının böyük əhəmiyyəti var. Bütün bunlar Azərbaycanda turizmin inkişafına, ölkəmizə turistlərin daha çox gəlməsinə və bununla da iqtisadiyyatımızın inkişafına böyük töhfədir”.
Akqabay Mıradov
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























