Nida Təhlil
Azərbaycan dünyada idman ölkəsi kimi tanınır - Deputat
"Yeni müharibədən çıxmış ölkənin dünya səviyyəli yarışlara ev sahibliyi etməsi, heç şübhəsiz, Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi imkanlarının göstəricisidir".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, hər kəsə aydındır ki, istənilən beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas şərt hər bir idman növünə aid, beynəlxalq standartlara cavab verən müvafiq infrastrukturun, idman komplekslərinin, hotellərin, peşəkar kadrların, təhlükəsizlik baxımından ictimai-siyasi sabitliyin olmasıdır: "Fəxrlə qeyd edə bilərik ki, ölkəmiz bütün bu meyarlara malikdir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. 1-ci Avropa Oyunları, İslam Oyunları, çoxsaylı dünya və qitə çempionatlarının, "Formula 1" yarışlarının keçirilməsi ölkəmizin geniş təcrübəyə malik olmasının, ən yüksək səviyyədə təşkilatçılıq qabiliyyətinin sübutudur. Ölkədə idman mədəniyyətinin yüksəlməsi məsələsinə gəldikdə isə, tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan bütün dünya ölkələrinə nümunə ola biləcək dövlətdir. Xalqımızın qonaqpərvərliyindən tutmuş, xidmət sektorunun inkişafı bunu deməyə əsas verir. "Formula 1" yarışları şəhərin mərkəzində keçirildiyinə görə əhali üçün müəyyən diskomfort yaratmasına baxmayaraq, insanlarımız səbrlə yanaşır, dözümlülük nümayiş etdirir".
Deputatın fikrincə, hər kəs başa düşür ki, məhz belə tədbirlərin keçirilməsi ölkəmizin təbliğatına, müsbət imicinin formalaşmasına, turizm sektorunun inkişafına güclü təkan verir: "Futbol üzrə Avropa çempionatının bəzi oyunlarının keçirilməsi istənilən ölkə üçün şərəf məsələsidir, olduqca böyük uğurdur. Azərbaycan kimi müstəqillik tarixi çox da böyük olmayan, gənc dövlət üçün bu uğurlar Prezident İlham Əliyevin hərtərəfli düşünülmüş, gələcəyə hesablanmış uzaqgörən siyasətinin nəticəsidir. Güclü ordu quruculuğu ilə, 1 milyon məcburi köçkünün, şəhid ailələrinin, əlillərin problemləri ilə yanaşı, idmanın inkişafına aid dövlət qayğısı ölkə başçısının bu sahəyə nə qədər əhəmiyyət verdiyini göstərir".
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





