Nida Təhlil
Çin şirkətlərinin Azərbaycana investisiya yatırımı artacaq - Politoloq
Çin bu gün iqtisadi inkişaf səviyyəsinə görə dünyada birinci yeri tutan bir ölkədir. Pandemiya dövrünə baxmayaraq, ümumi daxili məhsul və digər istiqamətlərdə artım müşahidə edildi. Bu gün qlobal nəqliyyat ticarəti və qlobal iqtisadiyyat Pekindən asılıdır. Belə bir vəziyyətdə Çin Xalq Respublikasının lideri ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan danışıq onu göstərir ki, Azərbaycan coğrafi cəhətdən kiçik olmasına baxmayaraq, qlobal siyasi və iqtisadi mərkəzlərin diqqətini cəlb etməyə davam edir.
Bu sözləri Publika.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Politoloq qeyd edib ki, bu danışıqlarda hər iki tərəf üçün bir çox mühüm məsələlər müzakirə olunub:
“Prezident İlham Əliyev digər istiqamətlərdə olduğu kimi, Çinlə də Azərbaycan dövlətinin maraqlarını nəzərə alan siyasət aparmaqdadır. Əvvəllər Pekin Böyük İpək Yolunun orta xətt layihəsində Azərbaycanı nəzərdən keçirmirdi. Lakin Prezidentin yürütdüyü uğurlu siyasət nəticəsində məhz Çindən Mərkəzi Asiya-Xəzər dənizi vasitəsilə həyata keçirilən yeni layihələrin şahidi olacağıq. Bu, milyard dollarlıq ticarət dövriyyəsi olan Çinlə Avropa arasında Azərbaycanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsinin göstəricisi olacaq.
Post-müharibə dövründə Zəngəzur dəhlizinin reallaşması təbii ki, Azərbaycan üçün əlavə prioritetlər verir. Biz həm Gürcüstan, həm də Zəngəzur istiqamətində artıq birbaşa Avropaya nəqliyyat dəhlizinin mərkəzində yer alacağıq. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri də öz çıxışında onlar tərəfindən bir zamanlar irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünün ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyindən söz açdı. Eyni zamanda, Çin şirkətlərinin həm işğaldan azad olunmuş torpaqlarda, həm də ümumilikdə Azərbaycanda müxtəlif sahələrə investisiya yatırımlarının həcminin artması gözlənilir. Bu da təbii ki, çox vacib amildir”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
