Nida Təhlil
Kəlbəcərdə minaların basdırılmasında erməni keşişlərin izi: Xudavəngə niyə gəlirlər?
Kəlbəcərdə jurnalistlərin şəhid olması ilə nəticələnən mina partlayışı haqda müxtəlif versiya, hər versiyanın zəif və güclü tərəfləri var. Ortaq rəy birdir: minalar əraziyə yeni basdırılıb.
Bu hansı formada və necə edilə bilərdi?
1. Kəlbəcər istiqamətində sərhədi pozan erməni hərbçilər;
2. Qarabağda hələ də qalan erməni silahlılar;
3. Kəlbəcərdə Xudavəng monastrına ziyarət adı ilə gələn erməni keşişlər;
Kəlbəcər Azərbaycana 2020-ci ilin 25 noyabrında təhvil verildi, lakin Xudavəng monastrını çox da yada salmayan erməni keşişlər bundan sonra intensiv şəkildə bölgəyə gəlməkdə israr etməyə başladılar. Həmin vaxt bunun hədəfləri haqda yazmışdıq. Son hadisəyə görə yazının həmin hissəsini yenidən paylaşırıq...
***
Erməni keşişlərin Xudavəngə gəlişi siyasi-hərbi məqsədə xidmət edir;
Casusluq: hələ orta əsrlərdə müxtəlif imperiyaların tərkibində pərakəndə formada yaşayan ermənilərin din adamlarının əsas missiyası casusluq olub və bu missiya günümüzə qədər davam edir. İndi onların Kəlbəcərə dini ayin adı altında qayıdışının bölgədəki vəziyyətlə bağlı informasiya toplamaq məqsədi daşıdığı şübhəsizdir.
Xudavəngdə nə gizlədilir?: SSR Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi 1980-ci illərin sonlarında erməni kilsələrinin birinin zirzəmisindən 6 minaatan elektrik detonatoru ilə birlikdə, 130 kustar üsulla hazırlanan əl qumbarası, qumbaraatanlar üçün qumbaralar, döyüş sursatı cəbhəxanası və digər silah-sursat tapmışdı. Qarabağda erməni separatizminin başlanması ərəfəsində erməni kilsələri silah anbarı kimi istifadə olunurdu. Və yaxın tarixin bu faktları Xudavəngdə silah-sursatın gizlədilməsi ehtimalını önə çıxarır. Dekabr ayında Alban-udi xristian icmasının Xudavəngə ziyarətinə əngəl yaratmaları, çəkiliş aparmağa icazə verməmələri də bu ehtimalı gücləndirirdi.
Qriqoryanlığın dindən çox, erməni ideologiyasına xidmət etdiyi, erməni terrorunun da məhz erməni kilsəsindən bəhrələndiyi məlumdur. O da məlumdur ki, I və II Qarabağ müharibələrində erməni keşişlər əllərinə silah alaraq, azərbaycanlılara qarşı döyüşüb. “Böyükdən kiçiyə qədər türkləri öldürün” şüarı erməni kilsəsinə məxsusdur.
***
Baş verən hadisədə Kəlbəcərə dini ayin adı altında gələn erməni keşişlərin ən azı bölgədəki vəziyyət haqda informasiya toplanması baxımından əlinin olduğu ehtimalı istisna deyil. Və bunun məsuliyyətini həm də rus sülhməramlıları daşıyır.
Asif Nərimanlı
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





