Terrorçunun Moskvada “zühuru”: ermənilər Rusiya Gününü Melkonyana həsr edir
Bizi izləyin

Nida Təhlil

Terrorçunun Moskvada “zühuru”: ermənilər Rusiya Gününü Melkonyana həsr edir

Bu gün ermənilər Moskvada terrorçu Monte Melkonyanın anım günün keçirir və Rusiya səlahiyyətlərinin bir terrorçunun ölüm gününün təntənə ilə qeyd edilməsinə susması, hətta şərait yaradılması suallar yaradır. Axı Rusiyanın yüksək səviyyəli rəsmilərindən tutmuş sıravi vətəndaşına qədər hər kəs Mekonyanın terorizmlə zəngin olan həyatını yaxşı bilir. Bilməyənlərin öyrənməsi də çətin deyil, internetdə Melkonyanın adının axtarışa verməklə onun törətdiyi terror aktlarının siyahısına rast gəlmək mümkündür.

1957-ci ildə Kaliforniyada anadan olan Melkonyan 1978-ci ildə Livanda gedən vətəndaş müharibəsində muzdlu kimi döyüşüb. Daha sonra Türkiyəyə qarşı PKK terror təşkilatının sıralarında terror hücumlarında iştirak edib. ASALA terror təşkilatının əsas üzvlərindən olub.

1981-ci ilin 24 sentyabr tarixi: Melkonyan Türkiyənin Parisdəki səfirliyinə terrir hücumu təşkil edir. Onun həbsinə etiraz olaraq, ASALA bir neçə terror aktı törədir və Fransa hökuməti erməni terrorçunu Livana deportasiya etməyə məcbur olur. Çox keçmir Melkonyan saxta sənədlərlə yenidən Fransaya qayıdır və məşhur Orli qətliamına imza atır.

1983-cü ilin 15 iyul tarixi: ASALA Parisdəki Orli hava limanında Türk Hava Yolları şirkətinin kassaları qarşısında terror aktı törədir. Əsas təşkilatçılardan biri Melkonyan idi. Nəticədə 8 nəfər həlak olur, 55 nəfər yaralanır. İki il sonra, 1985-ci ildə Fransa polisi Melkonyanı terror aktının təşkilinə görə həbs edir və terrorçu 6 il azadlıqdan məhrum edilir. Lakin o həbsxanada 6 il qalmır və erməni diasporunun müxtəlif vasitələrlə köməyi nəticəsində 4 il sonra, 1989-cu ildə azadlığa buraxılır, Yəmənə deportasiya edilir. Melkonyan yenidən saxta sənədlərlə Avropaya qayıda bilir.

I Qarabağ müharibəsində Melkonyanın terror fəaliyyəti

1990-cı ildə Ermənistana gələn və Qarabağ müharibəsinə qoşulan “Avo” ləqəbli terrorçu Qaradağlı və Xocalı soyqırımlarının əliqanlı müəlliflərindəndir.

1992-ci ilin 17 fevral tarixi: Melkonyanın rəhbərlik etdiyi silahlı qruplaşmalar Qaradağlıda 145 nəfəri qətlə yetirdi: bunlardan 54 nəfəri bir gündə öldürülüb, digərləri isə əsir götürüldən sonra. Qətlə yetirilənlərin 15-i qadın, 13-ü uşaq idi. Bundan 9 gün sonra Xocalıda bəşəriyyətin ən qanlı soyqırımılarından biri törədiləcəkdi.

1992-ci ilin 26 fevral tarixi: Melkonyan və Seyran Ohanyanın rəhbərlik etdiyi silahlı terrorçular Xocalıda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 dinc azərbaycanlını qətlə yetirdi, 1275 nəfər əsir götürüldü, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil.

Melkonyanın Kəlbəcərin işğalı zamanı mülki əhaliyə evlərini tərk etməsi üçün gülə-gülə 10 saat vaxt verməsi, daha sonra qətliamlar törətməsi bu erməninin terrorçuluq simasının növbəti “parlaq nümunəsi” idi.

1993-cü ildə məhv edilənə qədər bütün həyatı terrorçuluq fəaliyyətindən ibarət olan Melkonyanın indi Moskvada anım günün təntənə ilə qeyd edilməsi suallar yaradır.

1. Rusiya Melkonyanın Qarabağda azərbaycanlılara qarşı terror aktları törətməsini görməməzliyə vura bilər, amma onun üzvü olduğu ASALA-nın Moskvada törətdiyi terror aktlarını unudubmu?

ASALA-nın 1977-ci ildə Moskva metrosunda və iki ərzaq mağazasında törətdiyi terror aktları nəticəsində 7 nəfər həlak oldu, 37 nəfər yaralandı. SSRİ DTK-nın 5-ci idarəsinin keçmiş rəhbəri Filiö Bobkovun qeydi: “Ermənistanın birinci katibi Dəmirçyanın göstərişi ilə erməni dilində çıxan qazetlərdən heç biri bu terror aktı barədə məlumat vermədilər. Dəmirçyan istintaqa maneələr törədirdi... Terror aktını ASALA törətmişdi. Ermənistan DTK-nın sədri Yuzbaşyan SSRİ DTK-dan ASALA-nın fəaliyyəti haqqında məlumatı gizlətməyə çalışırdı”.

Rusiyanın Melkonyanın üzvü olduğu ASALA-nın beynəlxalq səviyyəli terror təşkilatı olduğunu yaxşı bildiyi halda niyə Moskvada bu gün anım keçirməsinə şərait yaradır?

2. Mərasimi Rusiya Erməniləri Birliyi təşkil edəcək. Ermənilər Melkonyanın fotosunun olduğu gödəkçələrlə flaşmob keçirəcək, kilsədə şam yandıracaq və yas tutacaqlar. Rusiya Erməniləri Birliyinin rəhbəri Ara Abramyan Moskvada yüksək dairələrə yaxınlığı ilə məşhurdur. Sual yaranır, Abramyanın dostu olan yüksək dairələr niyə terrorizmin legitimləşdirilməsinə imkan verir? Bu, Rusiyanın terrorizmi məqsədli şəkildə legitmləşdirmək istəyindənmi irəli gəlir?

3. Ən absurdu isə ermənilərin Moskvada Melkonyana təntənəli mərasim keçirdiyi gün bütün Rusiyanın bayram keçirməsidir: 12 iyun Rusiya Günü kimi qeyd olunur. Rusiya prezidenti Vladimir Putin də dünya ölkələrinin liderlərindən təbriklər qəbul edir. Və Rusiya Günü həm də terrorçu Melkonyanın Moskvada keçirilən anım günü kimi də “tarixə düşür”. Rusiya öz tarixinə bu ləkəni niyə yaxır?

Moskvanın cavablandırması üçün açıq qalan suallar var və bu cavablar Rusiyanın tarixi və gələcəyi üçün önəmlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm