Nida Təhlil
Ermənistanda seçkilərdən sonra qarşıdurmalar güclənə bilər - Deputat
"Ermənistanda xalq seçim qarşısındadır. Onlar yenidən hərbi cinayətkarları dəstəkləsələr, müharibəyə rəvac verib yenidən dəmir yumruqla üzləşə bilərlər. Başqa çıxış yolu isə normal bir dövlətə çevrilərək qonşularına qarşı ərazi iddialarına son qoymalarıdır".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Millət vəkili bildirib ki, Ermənistanın hazırda normal bir dövlət kimi Azərbaycanın və Türkiyənin təklif elədiyi əməkdaşlıq prosesi istiqamətində inkişaf etmək şansları da mövcuddur: "Bu, onlar üçün çətin seçimdir. Əslində Ermənistan əhalisinin böyük bir hissəsi müharibə deyil, sülh istəyir. Normal həyata qayıtmaq, normal dövlətə çevrilən bir ölkədə yaşamaq düşüncəsindədirlər. Amma 20 iyun seçkilərindən sonra Ermənistanda qarşıdurmaların güclənməsini də istisna etmirəm. Hətta zorakılıq müstəvisinə də keçə bilər. Kimin seçilməsindən asılı olmayaraq, bu ölkə daxildə qarşıdurmaya sürüklənə bilər, bu hal da mümkündür. Nəzərə alaq ki, xaricdə yaşayan və Njde ideologiyası ilə böyüyən daşnakçıların dəstəkçiləri daha çoxdur. Ermənistanın özündə daşnakçılara simpatiyalar daha azdır. Onlar illər boyu seçki proseslərində uğurlar qazanmayıblar. Baxaq görək nə olacaq, seçkilərə cəmi 1 gün qalıb".
Tural Turan
-
Kriminal20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin119:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya
-
Rəsmi xronika19:10İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...
-
Köşə14:00Baş deşən üzükdən vəcdə gətirən tarix dərsinədək - Mənim məktəbim










.jpg)










.jpg)















.jpg)
