Nida Təhlil
Naqif Həmzəyev: “Erməni xalqı düzgün seçim etdi”
“Ermənistanda keçirilən növbədənkənar seçkilərdə Nikol Paşinyanın qalib gəlməsi erməni xalqının düzgün seçim etdiyi fikrini söyləməyə əsas verir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Millət vəkilinin fikrincə, bu o deməkdir ki, Ermənistan xalqı daha özünə aid olmayan torpaqlar uğrunda müharibə etmək istəmir:
“Görünən odur ki, onlar iqtisadi inkişafı, regionda sülhü dəstəkləyirlər. Həmçinin üçtərəfli bəyanata imza atan Nikol Paşinyan üzərinə götürdüyü bütün öhdəlikləri və vədləri yerinə yetirməlidir. Bu da ona gətirib çıxaracaq ki, baş nazir Paşinyan Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, regionda kommunikasiya xətlərinin işə düşməsi ilə əlaqədar daha çevik addımlar atmağa məcbur olacaq.
Regionda Ermənistanın iqtisadi inkişafına nail olmaq üçün onlar Türkiyə və Azərbaycanla əlaqələrini yaxşılaşdırmağa çalışacaqlar. 20 iyunda baş tutan seçkilər onu deməyə imkan verir ki, Azərbaycan çox düzgün siyasət yeritdi. Rəsmi Bakı bu günə qədər çox düzgün mövqe tutub. Ermənistan da digər qonşularından nümunə götürərək Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa, Bakıya və Ankaraya qarşı ərazi iddialarından əl çəkməyə məcburdur. Bir sözlə, 20 iyun seçkilərinin ümumi mənzərəsi yaxın dövrdə hər kəsə bəlli olacaq. Ancaq ümumilikdə proqnoz vermək olar ki, bu seçkilərin nəticəsi Azərbaycan və region üçün xeyirli ola bilər”.
Tural Turan
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)





























.jpg)
.jpg)