Nida Təhlil
Ermənilər bu cür təxribatlarla bölgədə sabitliyin pozulmasını istəyir - RƏY
Ermənistan hakimiyyəti qəti şəkildə sülh şəraitində yaşamaq istəmir və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir. Onlar bu cür təxribatlar törədərək bölgədə sabitliyin pozulmasını istəyirlər.
Bunu Publika.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev deyib.
Politoloq qeyd edib ki, Ermənistan Qərb dövlətlərilə danışıqlar aparıb onları bu prosesə daxil etmək istəyir: "Nikol Paşinyan seçkilərdən sonra daha rahat olduğunu düşünür. Əl-qolunun açıldığını və hərəkət qabiliyyətinin genişləndiyi fikrindədir. Bu cür hərəkətlər edərək müxtəlif oyunların iştirakçısına çevrilmək üçün can atır, Rusiyanın öz öhdəliklərini icra etmədiyini göstərməyə çalışır. Bütün dünyaya göstərmək istəyir ki, Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsi başa çatmayıb. Qərbin Ermənistanla Azərbaycan sərhəddində müşahidəçi kimi bu proseslərə cəlb olunmasını hədəfləyib, ATƏT-in Minsk qrupunun fəaliyyətini yenidən bərpa etmək istəyirlər. Onlar status məsələsini gündəmə gətirərək münaqişənin bitmədiyini dünyaya çatdırmağa çalışırlar".
R.Sevdimalıyev vurğulayıb ki, Ermənistan birmənalı olaraq sülh müqaviləsinin bağlanmasını və SSRİ dövründə olan sərhədlərin yenidən bərpa olunmasını istəmir: "Ermənistan burada ikitərəfli oyun oynayır və onlara ayrılmış olan 2,6 milyard avro da bu oyunlara daxildir. Ermənisran müxtəlif bəhanələr gətirərək sülh prosesinin qarşısını alır. Onlar bilirlər ki, komunikasiya yolları açılmasa blokada şəraitində qalacaqlar, amma bunun üçün də öz şərtlərini irəli sürürlər. Ermənistan bu cür hərəkətlərilə sülhə hazır olmadığını nümayiş etdirir. Ötən günlərdə Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazidən Şuşa ətrafına atəş açıldı. Bu, onu göstərir ki, sülhməramlılar cinayətkar qrupların öhdəsindən gələ bilmir. Burada çox böyük oyun oynanılır. Azərbaycan çox ayıq olmalıdır. Biz ağlımızdan çıxarmamalıyıq ki, düşmənimiz hərbi ritorikadan əl çəkməyib və sülhə hazır deyil. Biz bu səbəbdən daha da güclənməli və bu cür hadisələrə hazırlıqlı olmalıyıq".
Rahib Ələsgərli
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı













.jpg)















.jpg)



.jpg)

