Nida Təhlil
İrəvan eskalasiyaya çalışır: Kreml başa salacaq - Korotçenko
Sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı üzrə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəyinin olmaması bu gün Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatların əsas səbəbləridir.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında tanınmış rusiyalı ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
Onun sözlərinə görə, Ermənistan bu addımla Azərbaycanın guya təcavüzkar olduğunu göstərmək və KTMT-yə, Avropa Birliyinə və ələlxüsus Fransaya dəstək üçün müraciət etmək niyyətindədir:
"Ermənilərin Kəlbəcər təxribatı təəssüf ki, İrəvanın sürüşkən, iyrənc siyasətinin davamıdır. Hazırkı gərginləşmə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsinə imkan verməmək və üçtərəfli bəyanatın tammiqyaslı tətbiqindən qaçmaq məqsədi güdür. Eyni zamanda, İrəvan bu eskalasiyadan öhdəsinə götürdüyü nəqliyyat kommunikasiyalarının açılmasından və digər məsələlərdən imtina üçün istifadə etməyə çalışır.
Ermənistan başa düşməlidir ki, onlar üçün bu eskalasiya yaxşı heç nəyə gətirib çıxara bilməz. Moskva hələ də ümid edir ki, Ermənistan dayanacaq və təhlükəli eskalasiyanı davam etdirməyəcək. Çünki İrəvan uduş əldə edə bilməyəcək. İrəvan dərk etməlidir ki, regionda artıq yeni reallıqlar var. Bu reallıqlar çərçivəsində Cənubi Qafqaz regionuna sülh, mehriban qonşuluq və bütün nəqliyyat kommunikasiyalarının açılması gərəkdir. Əminəm ki, Rusiya bu fikri Ermənistanın başına yeridəcək".
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
































.jpg)

