Nida Təhlil
Heç kim istəmir ki, qapanma olsun, amma... - Deputat
“Hökumət tərəfindən vaksinlər Azərbaycana gətirilsə və yanvar ayından etibarən peyvəndlənmə prosesinə start verilsə də vətəndaşlarımızın böyük əksəriyyəti hələ də vaksin vurdurmayıblar. Bu da yoluxmanın artmasına təsir göstərir. Düşünürəm ki, qorunmanın optimal yolu vaksin vurdurmaq, bununla da həm özünü həm də ətrafını qorumaqdır".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki, insanlar ən qısa zamanda öz növbələrini götürərək, peyvənd vurdurmalıdırlar:
"Əks halda bizi payız aylarında daha çətin vəziyyət gözləyə bilər. Bu da istər istəməz sərt qərarların qəbul olunmasını zəruriyyətə çevirər. Heç kim istəmir ki, yenidən sərt qərarlar tətbiq edilsin, qapanmalar olsun. Bu baxımdan da mən bütün vətəndşlarımızı vaksin vrdurmağa və dövlətin koronavirusla mübarizədə həyata keçirdiyi tədbilərə dəsətək olmaa çağırıram”.“Bizi payız aylarında daha çətin vəziyyət gözləyə bilər”
Naqif Həmzəyevin fikrincə, bu da istər istəməz sərt qərarların qəbul olunmasını zəruriyyətə çevirər:
“Çox təəssüflər olsun ki, son dövrdə koronavirusa yoluxmada artım müşahidə edilir. Bildiyiniz kimi, yaz aylarında yoluxma sayında azalma müşahidə edildiyi üçün Operativ Qərargah tərəfindən mərhələli şəkildə yumşaldılmaya gedildi. Amma təəssüflər olsun ki, vətəndaşlar yumşaldılma qərarından sonra məsuliyyət hissini unutdular. Xüsusilə toy məclislərində əksər hallarda qaydalara riayət olunmadı. Bu da yoluxma sayının artmasına gətirib çıxardı. Heç kim istəmir ki, yenidən sərt qərarlar tətbiq edilsin, qapanmalar olsun. Bu baxımdan da mən bütün vətəndşlarımızı vaksin vrdurmağa və dövlətin koronavirusla mübarizədə həyata keçirdiyi tədbilərə dəsətək olmaa çağırıram”.
Tural Turan
-
Magazin121:00Xuramanın makiyajsız halı gündəm oldu - Video
-
Sağlamlıq20:24Qəhvə qan təzyiqinə görün necə təsir edir
-
İnanc19:36Bu gün ilk Qədr gecəsidir
-
Nida Xəbər 17:55Çin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
-
Nida Xəbər 17:45Əlcəzair İranın Naxçıvana PUA hücumundan narahatdır - Attaf
-
İqtisadi gündəm17:26İran münaqişəsi ərzaq qiymətlərini bahalaşdıracaq
-
ABŞ16:40ABŞ İranda hərbi əməliyyatlara neçə milyard dollar xərcləyib?
-
Yaxın Şərq16:10Bu ölkə ilk dəfə İrana hücum etdi



































