Nida Təhlil
Yol nəzarətimizdədir və istənilən zaman... - Azərbaycandan qonşularına MESAJ
Ermənistanın baş naziri Nikol Paşinyan müharibə günlərində Rusiya Prezidenti Vladimir Putinə az qala hər gün zəng edir, Azərbaycanı dayandırmaq üçün ona yalvarırdı. İndi isə tərsinə Putin Paşinyana zəng edib sərhədəki vəziyyəti onunla müzakirə edib. Əlbəttə ki, Putin sərhəddə baş verənlər barədə səhih məlumatlara malikdir, ancaq Paşinyana zəng etməklə yenə hamıya mesaj göndərib ki, Rusiya prosesə nəzarət edir. Azərbaycan sərhədçiləri yolu kəsdikdə ermənilərin köməyinə yenə rusiyalı hərbçilər çatdılar, danışıqlar məhz onlarla aparıldı və yol açıldı. Bundan sonra da Putinin Paşinyana zəngi onu göstərir ki, bu problem də Rusiyanın vasitəçiliyi ilə həll olundu.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoqun sözlərinə görə, Azərbaycan sərhədçilərinin yolu bağlaması Kreml üçün gözlənilməz idi:

“Əslində Gorus-Qafqan yolunun uzun müddət açıq qalması Kremlin Bakıdan xahişi idi. Ancaq ermənilər sərhədçimizi yaraladığına görə, yol Bakıdan verilən qərarla qapadıldı. Yol açılsa da, Azərbaycan maraqlı tərəflərə - Ermənistan, Rusiya və həmin yoldan istifadə edən İrana bu səpgili mesaj yolladı: “Yol Azərbaycanın nəzarətindədir və istənilən zaman yenə qapada bilərik”.
Son olay göstərdi ki, Gorus-Qafan yolunun nəzarətimizdə olması Ermənistan hakimiyyətinə və erməni cəmiyyətinə təzyiq etmək üçün güclü alətdir. Məhz bunun nəticəsində Paşinyan parlamentdə son çıxışında Zəngəzurda yaranmış son durum haqqında danışarkən erməni toponom adlarına deyil, Azərbaycan toponim adlarına istinad edib, Azərbaycan tərəfinin Eyvazlı və Çayzəmi kəndlərində Qafan-Gorus yolunu bağladığını bildirib. Bu, istədiyimiz müsbət nəticələri əldə etmək üçün qarşı tərəfə təzyiq siyasətinin davamının vacibliyini göstərir”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
