Nida Təhlil
“Qarabağ kartı”: Ermənistanda revanşistlər, Azərbaycanda radikallar üçün “xilas yolu”
Radikal müxalifətin “Qarabağ kartından” istifadə cəhdi haqda mövzuya dair tövsiyələr
“Bu hakimiyyət işğal olunmuş əraziləri azad etmək iqtidarında deyil”;
“Bu hakimiyyətlə Qarabağı azad edə bilməyəcəyik”;
“Əvvəlcə Bakını azad edək, sonra Qarabağı azad edə bilərik; və s.
Bu, müxalifətdə radikal qüvvələrin uzun illər tirajladığı sevimli tezislər idi.
44 günlük müharibə ilə torpaqlarımızda 30 illik işğala son qoyuldu. Bu müharibə çox şeyləri dəyişdirdi, regionda yeni reallıqlar yaratdı, o cümlədən, Azərbaycan daxilində də mənzərə dəyişdi, çünki illərdir tirajlanan tezislər alt-üst oldu.
Bu tezislər həm də elektoratdan məhrum olan, mövcudluğu üçün heç bir sosial dayaq qalmayan radikal qüvvələrin “saman çöpü” idi. Bu çöplər sıradan çıxandan sonra onların mövcudluğu da sual altında düşdü: nədən danışacaqlar, hakimiyyətə qarşı hansı ittihamları irəli sürəcəklər?
Xüsusilə Vətən müharibəsində tarixi zəfərin qazanılması Azərbaycan iqtidarının da gücünün, xalqın inamının dəfələrlə artırmasına səbəb olması radikal qüvvələri ciddi narahat edir. Və onlar çıxış yolu kimi əvvəlki tezisləri başqa formada davam etdirməkdə görürlər: “Müharibə bitməyib, torpaqlar azad olunmayıb”;
Bu tezis Ermənistandakı revanşist qüvvələr və onların xaricdəki havadarlarının leksikonunda yer alır.
Eyni tezislərdir və eyni fikirlər 4 istiqamətdə irəli sürülür.
1. Ermənistandakı revanşist qüvvələr: onlar Azərbaycan torpaqlarına iddialarını davam etdirir;
2. Revanşizmi dəstəkləyən xarici qüvvələr: onlar münaqişənin bitmədiyini irəli sürməklə regional maraqlarını təmin etməyi planlaşdırırlar;
3. Azərbaycanın radikal müxalifəti: bu qüvvələr hakimiyyəti ittiham edə bilmək və öz mövcudluğunu saxalamaq üçün belə tezislərdən istifadə edir;
4. “Mühacirətdəki” qanad: bu qüvvələr də Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparmaqla olduqları ölkədə yaşamaq hüququnu qorumağa çalışır;
Ortaq hədəf birdir: Qələbədən dərhal sonra zəfərin gözdən salınması, etibarsızlaşdırılması.
Müharibədən sonra proses davam edir. Həm Azərbaycandakı, həm də “mühacirətdəki” radikal müxalifət Ermənistandakı revanşist qüvvələrin ortaya atdığı ən xırda və əhəmiyyətsiz xəbəri də dərhal sosial şəbəkələr vasitəsilə şişirdərək gündəmə çevirməyə cəhd edirlər.
Bu qüvvələr son günlər iki iddianı “göydəndüşmə fürsət” kimi görürdü.
Birincisi, sentyabrın 2-də Xankəndidəki separatçı-terrorçu rejimin “arsaxın müstəqilliyi günü” idi: bu qüvvələr bütün diqqəti mövcud olmayan “müstəqillik günü”nə yönəltməyə çalışdı, hərçənd, sentyabrın 2-də baş verənlər “arsaxın” mövcud olmadığının erməniləri özləri tərəfindən də qəbul edildiyini təsdiqlədi.
Xankəndidə separatçı-terrorçular qondarma “müstəqillik” gününü qəbiristanlıqda keçirdi: Ermənistan rəhbərliyindən heç kim “mərasimə” qatılmadı, o cümlədən, keçmiş prezidentlər – Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan gəlmədi. Separatçıların qondarma “parlament sədri” Artur Tovmasyan Ermənistanın baş nazirinə, prezidentinə, parlament sədrinə, o cümlədən, keçmiş prezidentlərin hamısına dəvət göndərdiklərini deyir. Erməni mənbələr Bakının sülhməramlılar üzərindən separatçılara veto qoyduğunu da yazırdılar.
1. “Mərasimin” daha təntənəli keçirilməsi, hərbi yürüşün edilməsinə icazə verilməyib. Separatçılar bunu müharibədən sonra yas saxlamaları ilə əlaqələndirirlər, hərçənd, erməni mənbələr yürüş üçün sülhməramlılarla danışıqlar aparıldığını, lakin istəklərinə nail ola bilmədiklərini yazır.
2. Separatçı-terrorçular qondarma “müstəqilliklə” bağlı tədbirlərini 25 gün – sentyabrın 27-nə qədər davam etdirəcəklər. Jurnalistlər Tovmasyandan hansı tədbirlərin keçiriləcəyini soruşsalar da, o, bu barədə danışmaq istəmədiyini deyib. Erməni mənbələr əslində heç bir tədbirin keçirilməyəcəyini yazır, çünki Bakının tələbi əsasında sülhməramlılar separatçı-terrorçulara maksimum “gözə görünməməyi” tapşırıb.
3. Ermənistan rəhbərliyi Xankəndinə gələ bilmir. Paşinyan müharibədən sonra həm qarşılaşacağı etirazlara, həm də bunun “yeni müharibə” təhlükəsi yaradacağına görə bölgəyə gəlmir. Lakin yeni xarici işlər naziri Ararat Mirzoyanın sələflərindən fərqli olaraq, ilk səfərini Xankəndinə etməməsini erməni mediası Bakının qadağası kimi şərh edir. Keçmiş xarici işlər naziri Ara Ayvazyanın müharibədən sonra Xankəndinə səfəri rəsmi Bakı tərəfindən sərt reaksiyaya səbəb olmuşdu.
Bütün bunlar təsdiq edir ki, separatçı-terrorçular dəfn edildiklərini özləri də anlayır.
Azərbaycanda məlum qüvvələr isə hakimiyyəti ittiham etmək həsirliyi ilə faktiki olaraq dövlət suverenliyinə qarşı çıxır, Ermənistanın revanşist qüvvələrinin və havadarlarının ölkəmizin ərazi bütövlüyünə qarşı apardığı kampaniyaya dəstək verir.
İkincisi, Rusiyada saytda “Dağlıq Qarabağ Respublikası” ifadəsinin yer alması məsələsi idi: məlum qüvvələr bundan rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərin, az qala, “birdəfəlik itirilməsi” təsəvvürü yaratmağa çalışdılar. Bu gün o ifadə saytdan çıxarıldı və bu səs-küyün də əhəmiyyətsiz olduğu bir daha təsdiqləndi.
Bütün bunlar radikal müxalifətin mahiyyətini bir daha sübut etdi:
- Bu qüvvələr hələ də 44 günlük müharibədən sonra yaranmış reallığı dərk etmir və bu yanaşmada erməni revanşistlərindən fərqlənmir - hər iki siyasi qüvvə “Qarabağ kartı” kimi həssas mövzudan istifadə edərək gündəmdə qalmağa cəhd edir;
- Radikallar ya prosesləri doğru analiz etmirlər, baş verənlərdən nəticə çıxarmırlar, məsələnin mahiyyətini dərk etmək qabiliyyətində deyillər, nə baş verdiyini anlamırlar və on illiklər boyu olduğu kimi, hələ də boş hay-küy və isterika ilə hərəkət edirlər, ya da bilərəkdən Azərbaycan dövlətini və xalqını hədəf götürüblər;
- 1992-93-cü ildə dövləti də bu cür isterika ilə “idarə edib” ölkəni xaos içində qoyub qaçanlar, bu gün Azərbaycanın regiondakı yerini və rolunu qəbul etmək istəmirlər;
Azərbaycan 1992-93-cü illərin məğlub ölkəsi yox, qalib dövlətdir və qarşıya çıxan maneələri hay-küy və isterik çığırtı ilə deyil, ağıl, səbir, təmkinlə, öz gücünə həll edir. Bu reallığı radikal müxalifətin də qəbul etməsi ən azı vətəndaşı olduqları ölkəyə xidmət etməsi baxımından özləri üçün də yaxşı olar.
Asif Nərimanlı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO