Nida Təhlil
Biz hələ də o “Nur”un işığında yaşayırıq - Deputat
“103 il bundan əvvəl türk qardaşlarımız bizim köməyimizə gəlib. Qəhrəman Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakını işğalçılardan təmizləyib”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, 103 ildən sonra 44 günlük Vətən müharibəsində də Türkiyə bizə dəstək olub: “Biz hələ də o “Nur”un işığında yaşayırıq. Türkiyə Cümhuriyyəti bizim haqq savaşımızda da yanımızda oldu. Bakının 103 il bundan öncə erməni-bolşevik işğalından azad olunması möhtəşəm bir tarixdir. Bu gündə bu tarix hər bir Azərbaycan vətəndaşı tərəfindən anılır. Tarix bir daha göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir. Müəyyən müddət ərzində sovetlər dövrü ilə bağlı münasibətlərdə məsafə yaransa da, qəlblər hər zaman birlikdə döyünürdü. Bu iki dövlətin arzuları hər zaman bir yerdə olmaqdır”.
E.Məmmədov vurğulayıb ki, bizim dostluğumuz və qardaşlığımız əbədidir: “Qardaşlığımız bu gün olduğu kimi həmişə hər birimizə qürur gətirsin. Azərbaycan və Türkiyənin əsgərləri 103 il bundan əvvəl tarix yazdılar. Türk qardaşlarımız o vaxt köməyimizə gələrək Bakının düşmənlərdən təmizlənməsinə yardım etdilər. Bakının ermənilərdən təmizlənməsi ilə Şuşanın azad olunması arasında çox böyük oxşarlıq var. Çünki hər iki şəhər azad olunduqda biz erməni vəhşiliyinin qarşısını almışıq. Düşmən o zamandan bəri heç dəyişməyib. Onların istəkləri və arxalarında duran qüvvələr illərdir dəyişməyib. Bizim əsgərlərimizin qəhrəmanlığı bunu deməyə imkan verir ki, hər iki şəhərin azad olunmasında erməni işğalçılığına son vermişik”.
Rahib Ələsgərov
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)





























.jpg)
.jpg)