Nida Təhlil
Rus hərbi gəmilərinin Bakıya gəlişi: Kreml nə istəyir?
Rusiyanın Xəzər donanmasının iki hərbi gəmisi - “Astraxan” və “Anatoliy Qujvin” - qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib: sentyabrın 20-də qədər davam edəcək;
Hərbi gəlimləri Bakıya göndərən Kremli iki məsələ narahat edir:
Birincisi, Türkiyə-Azərbaycan Hərbi Dəniz Qüvvələrinin son təlimləri və Ankaranın bununla Xəzərə daxil olması;
İkincisi, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin yenidən qurulması prosesindən kənarda qalmaq;
Türkiyənin Mərkəzi Asiyada aktivləşməsi fonunda Xəzərə gəlişi sahilyanı türk dövlətləri üçün də Moskva qarşısında alternativ qapı açır: Türkmənistanın Türk Şurasının tamhüquqlu üzvü olmasından sonra (növbəti ay gözlənilir) analoji təlimlər Ankara və Aşqabad arasında da keçirilə bilər; bu proseslər fonunda Tranxəzər layihəsinin aktuallaşacağı gözləniləndir;
Rusiya Bakıya hərbi gəmi göndərməklə Ankaranın Xəzər açılımına qarşı gediş edir, lakin Moskvada anlayırlar ki, geosiyasi dəyişikliklər fonunda Ankara-Bakı xəttini qıra bilməyəcəklər və bunun üçün “əməkdaşlıq” istiqamətində hərəkət edirlər: Xəzərdəki təlimə İrandan fərqli olaraq, Rusiyanın yumşaq reaksiyası bu kontekstdə təsadüfi deyildi;
Moskvanın Xəzərlə bağlı Bakıdan iki mümkün istəyi ola bilər:
1. Xəzəri Türkiyə-Azərbaycan strateji əməkdaşlığından maksimum kənarda saxlamaq;
2. Azərbaycanın donanmasının yenidən qurulmasında iştirak etmək: bununla Azərbaycanın “Türkiyənin Xəzərə gəlişi donanmanın gücləndirilməsinə kömək məqsədi daşıyır” arqumentinə qarşı alternativ təklif verirlər;
Bakı körpüləri yandırmamaq üçün qapıları Moskvanın üzünə açır, təkliflərə, əməkdaşlığa açığıq, lakin tərəfini də açıq şəkildə bəlli edir: rus hərbi gəmilərinin “Mehtər” marşı ilə qarşılanması açıq mesajdır;
Proseslər həm də onu deməyə əsas verir ki, regionda dəyişən siyasi reallıqlar fonunda Xəzər dənizinin yeni gərginlik ocağı olacağı ehtimalı böyükdür.
Asif Nərimanlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)





























.jpg)
.jpg)