Nida Təhlil
Atəşkəsdən 300 gün sonra: Qarabağın bərpası və İtaliyanın rolu
İtaliyanın “Geopolitica.info” portalında itayan tədqiqatçı Chiara Minoranın müəllifi olduğu “Atəşkəsdən 300 gün sonra: Qarabağın bərpası və İtaliyanın rolu” sərlövhəli məqalə dərc edilib.
Publika.az xəbər verir ki, məqalədə üçətərfli bəyanatın imzalanmasından keçən 300 gün ərzində Azərbaycanın azad edilmiş ərazilərdə İtaliya da daxil olmaqla, bir sıra ölkələrin şirkətlərinin iştirakı ilə çoxsaylı bərpa və yenidənqurma layihələri həyata keçirdiyi, bunun azad olunmuş ərazilərdə davamlı iqtisadi inkişafı təmin etmək, eyni zamanda, münaqişə dövründə ölkənin qalan hissəsinə sığınan yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz ərazilərinə qayıtmasını təmin etmək məqsədi daşıdığı bildirilib.
Müəllif işğaldan azad edilmiş ərazilərdə 7 ay ərzində inşa edilmiş birinci hava limanı olan Füzuli beynəlxalq hava limanından bəhs edərək bunun Azərbaycan tərəfindən müharibədən sonra aparılan sürətli yenidənqurmanın bariz nümunəsi olduğunu vurğulayıb. O, həmçinin Zəngilan və Laçında inşa ediləcək hava limanlarından, avtomobil yollarının da inşasından da söz açıb.
Məqalə müəllifi ölkəmizin bu layihələrin bölgənin iqtisadiyyatının canlandıracağına əmin olduğunu, eyni zamanda, üçtərəfli bəyanatda bölgədə bütün kommunikasiya xətlərinin açılmasının nəzərdə tutulduğunu, lakin Ermənistanın Azərbaycan qədər bu məsələdə tələsmədiyini bildirib.
Bərpa və yenidənqurma layihələrinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin müasirləşdirilməsini nəzərdə tutduğunu qeyd edən müəllif bu bölgələrdə infrastruktur və xidmətlərin daha səmərəli və dayanıqlı olması üçün ağıllı kəndlərin tikiləcəyini, günəş enerjisi istehsalı və “Güləbird” su elektrik stansiyasının (SES) bərpası yolu ilə yaşıl enerjinin istehsal ediləcəyini bildirib. Sözügedən layihələrin böyük investisiya tələb etdiyini bildirən müəllif Bakının xarici investorları yenidənqurma layihələrinə cəlb etmək məqsədi daşıdığını, "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı 2021" sərgisinin məhz bu məqsədlə təşkil ediləcəyini vurğulayıb.
Məqalədə, habelə xarici ölkələrin şirkətlərinin iştirakına toxunan müəllif bu xüsusda İtaliyanın rolundan bəhs edərək bildirib ki, İtaliya da müharibədən sonra azad olunmuş ərazilərin bərpasında əsas rol oynayan ölkələr siyahısındadır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fikirlərinə istinad edən müəllif İtaliyanın Azərbaycan üçün əsas Avropa tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, iki ölkənin müvafiq dövlət qurumlarının təşkilatçılığı ilə keçirilmiş vebmissiyalada italyan şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə evlərin, tarixi və memarlıq abidələrinin müxtəlif tikinti və bərpa layihələrində iştirakı imkanları müzakirə olunub. Habelə “Azərenerji” və İtaliyanın “Ansaldo” şirkəri arasında imzalanmış Ağdam, Kəlbəcər, Qubadlı və Füzuli rayonlarının ərazilərində dörd yarımstansiyanın yenidən qurulmasını nəzərdə tutan müqavilədən söz açan müəllif Zəngilan rayonunun Ağalı kəndində ilk “ağıllı kənd” layihəsinə cəlb olunan ölkələr siyahısında İtaliyanın da olduğunu bildirib.
Sonda müəllif qeyd olunan layihələrin icrasının mürəkkəb bir proses olmasına baxmayaraq, əslində bu layihələrin regionda sülhün bərqərar olmasına xidmət edəcəyini vurğulayıb. Habelə əlavə edib ki, işğaldan azad edilmiş ərazilərə xarici şirkətlərin cəlb edilməsi biznes əlaqələrinin qurulması və etibarlılıq mühitinin yaradılması nöqteyi-nəzərindən də bir fürsətdir. “Bu kontekstdə müharibədən sonrakı ərazilərin bərpası və yenidən qurulması layihələrində iştirakı ilə İtaliya Qafqazdakı rolunu möhkəmləndirməklə yanaşı, bölgədəki varlığını genişləndirmək və Azərbaycanla əlaqələri daha da gücləndirmək imkanına sahib olacaqdır”, - deyə o, məqaləsini yekunlaşdırıb.
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































