Nida Təhlil
Ermənilərin yeganə yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdır - Politoloq
"Cənubi Qafqazda sülhün olması Ermənistanın davranışından aslıdır. Onlar bizim təklifimizlə razı olub, demarkasiya və delimitasiya işlərini aparamalıdır".
Bunu Publika.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev deyib.
Politoloq qeyd edib ki, Ermənistan Azərbaycanla sülh danışıqlarına başlamalıdır: "Onlar Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ermənilər bizim ərazi bütövlüyümüzə hörmət etsə, öz sərhədlərini də tanıyacaqlar. Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranmış bir dövlətdir. Yəni onlar bizim ərazi bütövlüyümüzə hörmət etməsə, biz də tarixi yurdumuz olan Zəngəzur üçün iddia qaldıracağıq. Onların yeganə çıxış yolu Azərbaycanla razılaşmaq, sülh müqaviləsi bağlamaqdır. Belə olmasa, Ermənistanın gələcəyi daha da pisləşəcək".
R.Sevdimalıyev vurğulayıb ki, ermənilər status məsələsini yenidən qaldırmaqla müharibənin bitmədiyini göstərmək istəyir: "Azərbaycan tərəfi münaqişənin bitdiyini bir neçə dəfə bəyan edib. Biz postmüharibə dövründə olan problemlərin siyasi-diplomatik yolla həll olunmasının tərəfdarıyıq. Ermənistan isə status məsələsini qaldıraraq gərginliyi artırır. Bu məsələ bolşeviklər tərəfindən düşünülüb və bölgədə problem yaratmaq məqsədi daşıyıb. 25 min əhali yaşayan əraziyə heç bir status verilə bilməz. Bu gün Ermənistan əhalisi orada yaşamır. Azərbaycanda Prezident İlham Əliyevin sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradılıb. Bu səbəbdən heç bir statusdan söhbət gedə bilməz. Onlar hər hansısa bir müstəqillik xəyal edir və bu heç vaxt olmayacaq. Dövlət başçısı İlham Əliyev də heç bir statusun verilməyəcəyini qeyd edib".
Rahib Ələsgərov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
