Nida Təhlil
Azərbaycan Ordusu düşməni diz çökdürmək üçün hansı taktikanı seçmişdi? - Ramaldanov DETALLARI AÇDI
İkinci Qarabağ savaşı Azərbaycanın haqq mübarizəsi idi və torpaqlarımızı işğaldan azad etmək məqsədi daşıyırdı. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komadanın rəhbərliyi ilə bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutur. Ən müasir silahlara sahib olan Azərbaycan Ordusu İkinci Qarabağ döyüşlərində ona müvafiq olaraq müasir taktika seçməli oldu. O silahların tətbiqi əlbəttə ki, köhnə yanaşma ilə ola bilməzdi.
Bu sözləri Publika.az-a açıqlmasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Hərbi ekspert qeyd edib ki, Azərbaycan müasir silahlara cavab verəcək döyüşlər planlaşdırılmışdı: “Bunun üçün hər il şəxsi heyətin iştirakı ilə irimiqyaslı təlimlər keçirilirdi. O təlimlərdə müasir silahlar və ona uyğun taktikanın bir-birinə uzlaşması üçün çətin əməliyyatlar tapşırılırdı. Sözsüz ki, təlimlərdə əldə olunmuş peşəkarlıq müharibədə öz nəticəsini verdi. İşğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməklə Azərbaycan Ordusu öz gücünü və nəyə qadir olduğunu bir daha göstərdi.
Cənab prezident “Nasionalnaya Oborona” jurnalına verdiyi müsahibədə də bildirib ki, Azərbaycan düzgün istiqamət seçmişdi, ordumuz hazırlığı, peşəkarlığı, gücü və dəqiq seçilmiş taktiki üsulların nəticəsi olaraq daim irəlilədi. Dünyada müharibələr çox olub, amma cənab prezidentin dediyi kimi, görünməmiş nəticəsi o idi ki, Azərbaycan Ordusu heç bir istiqamətdə bir addım və bir gün olsa da geri çəkilmədi, ancaq sürətlə irəlilədi.
30 il düşmən öz müdafiəsini qursa da, məhz müasir silahlar və ona uyğun taktiki üsulların seçilməsi və döyüşün aparılması düşmən üçün gözlənilməz oldu. Beləliklə, müzəffər Ordumuz qısa müddət ərzində torpaqların əksər hissəsini azad edib Şuşaya bayraq sancdı”.
Ekspertin sözlərinə görə, Azərbaycanın müharibədə qələbə çalmasına imkan verən ən başlıca faktor o idi ki, biz buna hazır idik: “İllərlə aparılan ciddi hazırlıq bizi bu qələbəyə yaxınlaşdırırdı. Cəmiyyətin arzusu və ordunun hazırlığı buna işarə edirdi. Azərbaycan Prezidenti son məqama kimi gözləyirdi ki, bu münaqişə ATƏT-in Minsk qrupu tərəfindən öz həllini tapsın, sülh yolu ilə nizamlansın. Ermənistanın yeni hakimiyyətinə möhlət verdi. Ancaq gördü ki, başqa bir yol yoxdur. Aprel hadisələrindən sonra cənab Prezident bildirmişdi ki, əgər Azərbaycan və Ermənistan təkbətək döyüşə girərsə, Azərbaycan Ordusu qısa müddətdə işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa etməyə hazırdır. Azərbaycan Ordusu Ali Baş Komandanın əmrini layiqincə yerinə yetirərək tarixi bir qələbə qazandı.
Digər mühüm məsələ odur ki, döyüşlərin gedişatını Ali Baş Komandan bir mərkəzdən idarə edirdi, əmrlər bir mərkəzdən verilirdi. Sözsüz ki, biz onun məharətli bir diplomat olduğunu bilirdik, amma bu döyüşlərdə İlham Əliyev özünü bir sərkərdə kimi də göstərdi, Müzəffər orduya layiq döyüşlər apardı. Döyüşlər başlamazdan əvvəl istiqamətlər üzrə həyata keçiriləcək döyüş planı və ssenariləri ilə tanış olmuş və öz tapşırıqlarını vermişdi. İstiqamətin seçilməsi döyüşün gedişindən asılı idi. Döyüşlərin gedişi göstərdi ki, biz cənub istiqamətində qısa müddət ərzində böyük bir ərazini azad edə bildik. Düşmənin gözləmədiyi şəkildə mərkəzdən Şuşaya doğru gedib bayraq sanca bildik. Ermənilər özləri açıqlamışdı ki, Azərbaycan Şuşanı azad etdikdən sonra 20 minə qədər hərbçisinin mühasirədə qalmaq təhlükəsi yaranmışdı. Belə bir vəziyyətdə Ermənistan kapitulyasiya aktına qol çəkməli oldu. Bundan sonra Azərbaycan Kəlbəcər, Laçın və Ağdam rayonlarını heç bir atışma olmadan düşmədən azad edə bildi. Burda da Azərbaycan Prezidentin məharətini gördük. Hesablamalara görə, döyüşlər davam etsəydi, itkilərimiz 10 dəfə çox olmalı idi. Ancaq cənab Prezidentin atdığı addım və Azərbaycan Ordusunun Şuşaya girib düşməni diz çökdürməsi orudunu çoxsaylı itkilərdən qorudu.
İkinci Qarabağ müharibəsində 3000-ə yaxın şəhidimiz oldu, ancaq bu ərazilərdə taktiki hesablamara baxanda deyə bilərik ki, bu say bizim üçün minimumdur. Müasir silahların gücünə biz düşmənin müqavimət mərkəzlərini darmadağın edib zəiflədə bilirdik. Bütün bunların nəticəsidir ki, 44 günlük müharibə dünyada böyük əks-səda doğurdu. Hazırda bu barədə dünyanın bir çox ölkələrində tədqiqatlar aparılır, hərbçilərimiz isə xaricdən çoxlu dəvətlər alır”.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO