Nida Təhlil
Onların bizə qarşı yeni hücum şansları yoxdur - Şərh
“Ermənistan status məsələsini gündəmə gətirməklə münaqişənin bitmədiyini dünyaya göstərmək istəyir. Əslində isə münaqişə 1 il bundan əvvəl Azərbaycan Ordusu tərəfindən sonlandırılıb.”
Bunu Publika.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev deyib.
Politoloq qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir: “Onlar bölgədə gərginliyin davam etməsi üçün sərhədlərin dəqiqləşdirilməsinə mane olurlar. Ermənilər öz xülyalarından əl çəkmirlər və revaşist çıxışlar edirlər. Ermənistan bu cür davranmaqla öz gələcəyi üçün problem yaradır. Onlar bizim sərhədlərimizi tanıyıb sülh müqaviləsini imzalamalıdır. Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranmış dövlətdir”.
R.Sevdimalıyev vurğulayıb ki, onlar bizim ərazi bütövlüyümüzü tanımırsa, Azərbaycan öz tarixi torpaqları üçün ermənilərə iddia qaldıra bilər: “Müharibə artıq sona çatıb və Ermənistan sərhədlərin demarkasiya, delimitasiya olunmasına önəm verməlidir. Ermənilərin yeganə çıxış yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır. Onların hərbi gücü 44 günlük müharibədə məhv edilib, ermənilərin bizə qarşı yeni hücum şansları yoxdur. Ermənistan yalnız beynəlxalq arenada Azərbaycana qarşı əsassız iddialar qaldırır. Prezident İlham Əliyev də qeyd etdi ki, əgər onlarda revanşist qüvvələr baş qaldırsalar, biz onların başını əzəcəyik. Yəni Ermənistan yenidən danışıqlar prosesində iştirak etməsə və bizim ərazi bütövlüyümüzə təhdid törətsə, yeni əməliyyat aparıla bilər. Çünki Azərbaycan öz suverenliyinə qarşı yaranan təhdidə cavab verəcək bir dövlətdir”.
Rahib Ələsgərov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
