Nida Təhlil
Etibar Məmmədov: "Azərbaycana milli mollalar lazımdır"
"Azərbaycan hökuməti İranın Azərbaycandakı casus şəbəkəsini zərərsizləşdirməlidir".
Publika.az xəbər verir ki, bu təkliflə AMİP lideri Etibar Məmmədov Yeni Müsavat TV-nin efirində çıxış edib.
Partiya lideri qeyd edib ki, indiyə qədər İran Azərbaycanın ərazisində özünü çox sərbəst hiss edib:
“İran mədəni və dini əlaqələr adı ilə özünə tərəfdar da yığıb. Sadəcə olaraq, onları neytrallaşdırmaq lazımdır. Hökumət dini siyasətində ciddi dəyişikliklər etməlidir. Azərbaycanın irançı və yaxud başqa dövlətlərə meyilli strukturları tamamilə neytrallaşdırılmalıdır. Azərbaycana milli mollalar lazımdır. İran Azərbaycanı içəridən qarışdırmağa və parçalamağa cəhdlər edib. Bundan sonra da edəcək.
Biz də İranda yaşayan soydaşlarımızın hüquqlarını qaldırmalıyıq. Konstitusiyaya dəyişiklik etməliyik ki, Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların himayədarıdır. Hökumət İranda yaşayan soydaşlarımızın mədəni, təhsil hüquqlarını müdafiəsinə də kömək etməlidir. İranda olan soydaşlarımızın Azərbaycanda təhsil almasına şərait yaradılmalı, onlar üçün xüsusi kvotalar ayrılmalıdır”.
E. Məmmədov vurğulayıb ki, daxildə İranın şəbəkələri çox güclüdür:
“Azərbaycanda korrupsiya, rüşvət mühitindən özləri üçün çox faydalanıblar. Adamlarını da həmin rüşvət vasitəsilə yaxşı yerlərə yerləşdiriblər. Düzdür, onlar aşkar olunub və təmizlənib. Ancaq çox böyük şəbəkə yaradıblar və bundan da istifadə edəcəklər.
Təhsil, mədəniyyətdən tutmuş hərbi və təhlükəsizlik sahəsində də onların şəbəkələri var. Təmizləməyə çalışırlar, amma bu daha ciddi və geniş səviyyədə olmalıdır”.
-
Avropa11:04ABŞ hərbçiləri Britaniyadakı bazaya dron hücumlarını dəf etdi – Müəmmalı detal
-
MDB10:31Rusiya səmasında bir gecədə 1200-dən çox PUA vuruldu
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır















.jpg)



















