Nida Təhlil
Sahibə Qafarova İrəvanı dəstəkləyən Afinaya niyə gedir?
Azərbaycanla Yunanıstan arasında enerji sahəsində əməkdaşlıq bir müddətdir ki, mövcuddur. Yunanıstan tranzit ölkə kimi Azərbaycanın gələcək enerji layihələrində də önəmli rollardan birini oynaya bilər. Təbii ki, Azərbaycan və Yunanıstan arasındakı əlaqələrin sabahı Türkiyə və Yunanıstan münasibətləri ilə birbaşa bağlıdır.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Yunanıstanın əlaqələri əvvəllər normal səviyyədə olub, lakin rəsmi Afinanın haqsız mövqeyi bu münasibətlərin pozulmasına gətirib çıxarıb:
“Azərbaycanın Yunanıstanla əlaqələri əvvəllər normal səviyyədə olsa da, sosialistlərin hakimiyyətə gəlməsindən sonra sözügedən münasibətlər rəsmi Afinanın ədalətsiz mövqeyi səbəbindən pozuldu. Çünki Yunanıstan hökuməti haqsız şəkildə SOCAR-ı müxtəlif layihələrdən uzaqlaştırdı. Yunanıstan müharibə zamanı Ermənistanı dəstəkləsə də, Fransa və hətta İran kimi açıq şəkildə ermənipərəst bəyanatlar verməkdən çəkindi. Yunanıstanın Şərqi Aralıq dənizində Türkiyəyə qarşı vaxtilə Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Misir, Səudiyyə Ərəbistanı kimi ölkələrlə qurduğu koalisiya da iflasa uğrayıb. Türkiyə burada kimin söz sahibi olduğunu göstərib. Bu gün Yunanıstan və Türkiyə arasındakı münasibətləri gərginləşdirmək istəyən dövlətlər də var. Bu kimi məsələlər nəzərə aldıqda Milli Məclisin sədri Sahibə Qafarovanın Yunanıstana səfərinin çox önəmli olduğunu qeyd etmək mümkündür. Əgər səfər zamanı görüşlər müsbət nəticələnsə, biz bunun ardınca XİN-lər arasında təmasların intensivləşəcəyini deyə bilərik”.
Politoloq Ermənistanın və dünyadakı erməni lobbisinin bəzən müxtəlif xarici ölkələrdə parlamentarilərin rüşvət və digər vasitələrlə Azərbaycan və Türkiyənin əleyhinə qərar qəbul etməsinə nail olduğunu vurğulayıb:
“Biz bunun nümunələrini müharibə dövründə həm Fransada, həm də Niderlandda gördük. Türkiyə və Azərbaycana qarşı bu kimi neqativ fəaliyyətlər yenə də mümkündür. Ona görə də ən azından parlamentlər arasında dialoq olmalıdır. Bu da Sahibə Qafarovanın səfərinin ikinci önəmli məqamıdır”.
Zaur Məmmədov deyib ki, Azərbaycan dövləti Qarabağ müharibəsindən sonrakı mərhələdə xarici ölkə parlamentlərində müsbət qərarların verilməsinə nail olmaq üçün fəaliyyətləri sürətləndirib:
“Əvvəllər Rusiya parlamentində Azərbaycan əleyhində ifadələri, fikirləri biz tez-tez eşidirdik. Ancaq hazırda Rusiyada bir çox politoloq və deputat ölkəmizin mənafeyini müdafiə edən mövqe sərgiləyir. Ukrayna müharibə dövründə açıq şəkildə müxtəlif səviyyələrdə ölkəmizə dəstəyini ifadə edib. Buraya İtalyanı da əlavə etmək olar. Düşünürəm ki, Yunanıstan da parlamentli respublika olduğu üçün bu istiqamətdə onlarla da fəaliyyət aparmaq vacibdir”.
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”





































