Nida Təhlil
Türkiyənin yanımızda olması bizə güc verir - Badamov
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışının baş tutması Azərbaycan tarixində unudulmaz səhifə açıb. Türkiyə liderinin birbaşa Füzuli limanına eniş etməsinin böyük siyasi əhəmiyyəti var".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkilinin fikrincə, bu, Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz olduğunun mesajıdır:
"Türkiyənin həm müharibə dövründə, həm də azad olunmuş ərazilərin yenidən qurulmasında yanımızda olması bizə güc verir və bölgəyə sülh gətirir. Türkiyə Prezidentinin bəyanatında Azərbaycanın gücü Türkiyənin gücüdür, Türkiyənin gücü Azərbaycanın gücüdür deməsi qələbəmizə şübhə ilə baxan iti caynaqlara bir mesajdır. Türkiyə Prezidenti ikinci dəfədir ki, işğaldan azad olunmuş ərazilərimizə səfər edir. Rəcəb Tayyib Ərdoğanın birinci səfəri çərçivəsində Şuşada müttəfiqlik haqqında tarixi bəyannamə imzalandı. Türkiyə liderinin ikinci dəfə 4,5 ay sonra Füzuli hava limanına eniş edərək birbaşa işğaldan azad olunmuş ərazilərimizə gəlməsi müttəfiqliyimizin real həyatda ifadəsidir. Prezidentlər həm Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Cəbrayıl- Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular, həm də Ağalı kəndinin "ağıllı" konsepsiyada tikintisinin gedişatı ilə tanış oldular və birgə bəyanatla çıxış etdilər. Zəngəzur dəhlizi beynəlxalq tranzit logistik layihə olmaqla yanaşı, türk dünyasını birləşdirməsi baxımından çox əhəmiyyətlidir. Cənab Ərdoğan türk dünyasının lideri olaraq güclü siyasi iradəsinə görə dünyada böyük nüfuz sahibidir. Belə bir qüdrətli dövlətin, qüdrətli dövlət başçısının qardaşımız olması Azərbaycanın gücünü artırır və ölkəmizi bir çox xarici təzyiqlərdən qoruyur".
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
