Nida Təhlil
Dünya növbəti tarixi hadisələrə şahidlik etdi - Çingiz Qənizadə

Oktyabrın 26-da dünyanın diqqəti yenidən Azərbaycana yönəlmişdi. Beynəlxalq ictimaiyyət növbəti tarixi hadisələrə şahidlik etdi. Həmin gün Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi və tarixi hadisədə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Bu əlamətdar hadisə günün önəmini və tarixi əhəmiyyətini daha da artırdı. Qardaş ölkənin Prezidenti dövlət başçımızla birlikdə İkinci Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Füzuli rayonunda qısa müddət ərzində inşa olunan beynəlxalq hava limanının açılışında, həmçinin bölgədə yeni avtomobil yolunun və “Dost Aqroparkı”nın təməlqoyma mərasimlərində iştirak etdilər.
Publika.az xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib.
Hüquq müdafiəçisi bildirib ki, işğalçı Ermənistan üzərində qazanılan qələbəyədək daim Azərbaycanın yanında olan qardaş ölkənin lideri məhz belə bir əlamətdar gündə də Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılmaqla, həm də Qarabağa birbaşa uçuş həyata keçirən ilk xarici ölkə Prezidenti olaraq tarixə düşdü. Azərbaycanın cəmi 8 ay müddətində müasir standartlara cavab verən beynəlxalq hava limanı inşa etməsi ölkə xaricində də hər kəsi heyrətləndirib. Ermənilərin 30 ilə yaxın müddətdə ancaq xaraba qoyduqlarıbu ərazilərdə Azərbaycanın qısa müddətdə xarüqələr yaratması dost və qardaş ölkələri məmnun, düşmənlərimizi isə pərt etdi.
Füzuli Beynəlxalq Hava Limanının türk və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri sayəsində inşa olunduğunu diqqətə çatdıran Ç.Qənizdə bu il yanvarın 14-də təməli qoyulan hava limanında 3 min metr uzunluğuna və 60 metr enində uçuş-enmə zolağının inşa edildiyini vurğulayıb. Deyib ki, bu hava limanı vasitəsilə Bakı ilə Füzuli rayonu arasında sərnişin və yük daşımaları yarım saat ərzində həyata keçiriləcək.
Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun regionun inkişafında xüsusi əhəmiyyət kəsb edəcəyini söyləyən Ç.Qənizadə qeyd edib ki, kommunikasiyaların açılması, bölgədə yeni əməkdaşlıq formatının formalaşması regionda davamlı sülhün və tərəqqinin təmin olunmasına xidmət edəcək.
Hüquq müdafiəçisi qardaş ölkə Prezidentinin işğaldan sonra Qarabağa, Şuşaya səfərinin də tarixi hadisə olduğunu xatırladaraq deyib: “Rəcəb Tayyib Ərdoğanın birinci səfəri zamanı tarixi Şuşa Bəyannaməsi imzalanmışdı. Şuşa Bəyannaməsi düşmənlərimizə və onların xarici havadarlarına çox ciddi mesaj oldu. Bu sənəd həmdə ölkələrimizin qardaşlığının daha bir nümunəsidir. Hesab edirəm ki, Türkiyə Prezidentinin ölkəmizə növbəti səfəri, verilən bəyanatlar dünyaya ünvanlanan birlik və həmrəylik mesajıdır.

-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı