Nida Təhlil
Armen Sarkisyanın Ər-Riyada ilk səfəri: Bakı üçün təhlükəli açılım – TƏHLİL
Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfərə gedib. Bu, İrəvan-Ər-Riyad xəttində ilk hadisədir, Ermənistan prezident aparatı bunu “misli görünməmiş hadisə və İrəvan üçün beynəlxalq münasibətlərdə dönüş nöqtəsi” adlandırır. Və ilk olan bu səfər Bakının maraqları fonunda da düşündürücüdür.
Səudiyyə Ərəbistanı Qarabağ münaqişəsinə görə indiyə qədər Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. İndi bu istiqamətdə ilk rəsmi addımın atılmasının iki səbəbi var.
Birincisi, Qarabağ münaqişəsi artıq həll olunub və Ər-Riyad İrəvanla münasibətlərdə maneənin qalmadığını düşünür: İrandan fərqli olaraq, Səudiyyə Ərəbistanının indiyə qədər Qarabağ məsələsində özünü İslam dövləti kimi aparması da unudulmamalıdır;
İkincisi, Türkiyə faktorudur: əslində Ər-Riyadın Armen Sarkisyanı qəbul etməsinin arxasındakı siyasi amil Türkiyənin Qafqaza gəlişi və son proseslərdir; ərəb dünyasında Azərbaycanla bağlı əvvəlki mövqeyin dəyişməsi də ötən ilin Tovuz döyüşlərində və sonrasında Ankaranın Bakıya dəstəyindən sonra açıq şəkildə hiss olunmağa başladı; Səudiyyə Ərəbistanı İrəvana qapı açmaqla Bakıya qarşı balans yaratmağa çalışır;
Münaqişənin başa çatması və regionda Bakı-İrəvan münasibətlərində normallaşma gözləntiləri fonunda Ər-Riyad-İrəvan xəttindəki açılım o qədər də təhlükəli görünməyə bilər. Lakin yenə də rəsmi Bakı bu prosesi nəzarətdən kənarda saxlamamalıdır, həm ərəb dünyasını, həm də “ərəb kapitalı”nı itirməmək baxımından.
Asif Nərimanlı
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































