Nida Təhlil
Prezidentin müharibə və ondan sonrakı dövrdə göstərdiyi əzmkarlıq diqqətəlayiqdir - Deputat
Prezident İlham Əliyevin son bir ay ərzində işğaldan azad edilmiş ərazilərə fasiləsiz olaraq səfər etməsi ilk növbədə Ermənistanın və Azərbaycanın Qarabağa yanaşmasını ortaya qoyur. Ermənilər 30 ildə Qarabağda daşı daş üstündə qoymamışdı, dağıdıcı qüvvəyə çevrilmişdi. “Qarabağ bizimdir, Qarabağ Ermənistandır” desələr də, heç bir iş görməyiblər. Qarabağ onların idisə, niyə o zaman heç bir tikinti işi aparmayıblar? Cavab sadədir, Qarabağ onların olsaydı, bu gün bu vəziyyətdə görünməzdi.
Bu sözləri Publika.az-a millət vəkili Razi Nurullayev deyib.
Millət vəkili qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunmasından bir il keçməsinə baxmayaraq, Azərbaycan Qarabağda əsas infrastruktur layihələrini başlayıb və bəzilərini icra edib: “Artıq bütün dünya da görür ki, Qarabağ kimindir. Prezident hər dəfə Qarabağa səfər edəndə ya hansısa binanın təməlini qoyur, ya açılışını edir, ya da bayrağın qaldırılmasında iştirak edir. Bütün bunlar da Qarabağın tezliklə abad olacağının və 1 milyona yaxın insanın da öz torpaqlarına qayıtmasının xəbərçisidir.
Bir il ərzində bərpa və yenidənqurma işləri çox sürətlə aparıldı, Qarabağın mənzərəsi artıq tamamilə dəyişməyə doğru gedir. Sözsüz ki, bütün bunlar Prezident İlham Əliyevin iradəsi ilə həyata keçirilir. Prezidentin həm müharibə dövründə, həm də müharibədən sonrakı bərpa dövründə göstərdiyi əzmkarlıq diqqətəlayiqdir. Dünyanın heç bir yerində 8 aya beynəlxalq səviyyəli hava limanı tikilib istifadəyə verilə bilmir. Müharibədən sonrakı dövrdə Türkiyə ilə Şuşa deklorasiyası imzalandı. Fasiləsiz olaraq Qarabağın sürətli bərpası həyata keçirilməkdədir. Odur ki, Qarabağın birmənalı olaraq Azərbaycanın olması ilə bağlı dünyada heç bir fikir ayrılığı qalmayıb və bu, prezidentin göstərdiyi şücaətin, iradənin və dönməzliyin nəticəsidir”.
R.Nurullayevin sözlərinə görə, yaddaqalan məqamlardan biri də odur ki, həm müharibə dövründə, həm də post-konflikt dövründə İlham Əliyev siyasi və bütün müxalifət partiyaların da razılığını ala bilib: “Onlar da Prezidentin yanında dayandılar. Buna nail olmaq kiçik məsələ deyil. 30 il ərzində heç vaxt bu qədər milli birlik olmamışdı. Bu da ondan xəbər verir ki, Azərbaycan bundan sonrakı inkişaf dövründə həm siyasi-iqtisadi cəhətdən, həm də digər sahələrdə daha ciddi islahatların və açıqlığın şahidi olacağıq. Bu da siyasi mədəniyyətin formalaşmasına gətirib çıxaracaq”.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






























.jpg)






.jpg)


