Nida Təhlil
Milli Qəhrəman: Azərbaycan Bayrağı Zəngəzurda, İrəvanda... - - VİDEO
Video əlavə olunub.
xxx
“Hazırda biz Bayraq Günü ərəfəsindəyik. Eyni zamanda, bir neçə gün sonra Vətən müharibəsindəki qələbəmizin birinci ildünümünü qeyd edəcəyik. Şanlı Bayrağımızı bu cür yüksəklərə qaldırmaq bütün Azərbaycan xalqı üçün bir fəxrdir. Şükürlər olsun ki, Azərbaycan Ordusu Azərbaycan rəhbərliyinin, qazilərimizin, şəhidlərimizin sayəsində torpaqlarımızı işğaldan azad etdi. Bu günkü gözəl günü bizə yaşatdılar. Ötən il Azərbaycan Bayrağına, Bayraq Günümüzə ən gözəl hədiyyə 8 noyabrda Şuşanın işğaldan azad edilməsi və şanlı Bayrağımızın 29 ildən sonra Şuşada dalğalandırılması oldu”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev deyib.
Milli Qəhrəman bildirib ki, artıq bu gün işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağda quruculuq işləri gedir: “Çox böyük işlər görülür. Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş bütün regionlarında biz qurucluq işlərinin şahidi oluruq. Qarabağ elektrik enerjisi ilə təmin edilir, su xəttləri yenidən çəkilir. Yeni yollar tikilir. Hazırda demək olar ki, infrastruktur yenidən qurulmaqdadır. Bu yaxınlarda Füzulidə Beynəlxalq Aeroport açılıb istifadəyə verildi. Laçında və Zəngilanda beynəlxalq aeroportların təməli qoyulub. Bütün bu işlər dövlətimizin diqqət və qayğısı nəticəsində vaxtında başa çatdırılacaq. Biz hamımız buna əminik. Mənə elə gəlir ki, növbəti beş ildə Azərbaycanın qaçqın və məcburi köçkünləri öz torpaqlarına qayıdacaq. Bir sözlə, hazırda xalqımız böyük sevinc içərisindədir. Görülən işləri də sevinclə qarşılayır. Eyni zamanda, hər bir kəs Zəfər Bayramına böyük sevinclə hazırlaşır. Bu Zəfər, bu bayram Azərbaycan xalqının sınmış qürurunu düzəltdi. Azərbaycan vətəndaşlarının üzərindən “qaçqın”, “məcburi köçkün” adları götürüldü”.
Vahid Quliyev əmindir ki, məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdandan sonra da quruculuq işləri davam edəcək: “Gələcəkdə orada yeni iş yerləri açılacaq. İşğaldan azad olunan torpaqlarımızda islahatlar gedəcək. Xalqımız firəvan şəkildə öz torpaqlarında yaşayacaq. İnsanlarımız qürurla, qalib bir dövlətin vətəndaşı kimi öz yurd-yuvalarında ömür sürəcəklər. Bütün bunlara görə şəhidlərimizə, qazilərimizə və möhtərəm prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Düşmənlərimiz baş qaldırarsa, yenidən həmin dəmir yumruq onların başını əzəcək, inşallah. Hələlik Zəngəzur dəhlizini açaq, gediş-gəlişimizi bərpa edək, ondan sonra yəqin ki, gələcəkdə Zəngəzurda, İrəvanda dövlət bayrağımızın qaldırılması məsələsinə də baxılacaq. Çox güman ki, biz o günləri də görəcəyik”.
Tural Turan
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ4 Noyabr 19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ
-
Nida Xəbər 4 Noyabr 18:48Baş Prokurorluq onun xəstəxanada ölümü bağlı AÇIQLAMA YAYDI



































