Nida Təhlil
Bu, türkdilli dövlətlərin inkişafına töhfə verəcək – Həmzəyev
“Azərbaycanın sədrliyi dövründə Türk Şurasının institusional inkişafı ilə əlaqədar müzakirələr aparılırdı”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Millət vəkili bildirib ki, həmin müzakirələrin nəticəsi olaraq Türk Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması qərarına gəlindi:
“Məhz İstanbulda baş tutan səkkizinci Zirvə görüşündə Türk Şurasının adının dəyişdiriləcəyi ilə bağlı qərar qəbul ediləcək. Bu dəyişiklik təşkilatın beynəlxalq nüfuzunun artırılmasına, digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə xidmət göstərəcək. Bildiyimiz kimi, Türk Şurasına Azərbaycanın sədrliyi dövrü ölkəmiz üçün olduqca tarixi bir çağa təsadüf etdi. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etmiş oldu. Bu zəfər ümumilikdə türk dünyasının birliyinə xidmət etdi. Türk xalqları içərisində bu zəfər çox böyük rəğbətlə qarşılandı. Hər kəs bu zəfərə, qələbəyə sevindi. Müharibə dövründə türkdilli dövlətlərin xalqları Azərbaycana öz dəstəklərini açıq formada etdilər. Birmənalı olaraq Azərbaycanın bu zəfərini türk dünyasının qələbəsi kimi dəyərləndiriblər, qiymətləndiriblər. Azərbaycanın beynəlxalq hüquqa və ədalətə söykənən bu mövqeyi Türk Şurasının Katibliyi tərəfindən davamlı olaraq dəstəklənib. Beynəlxalq platformalarda həmişə Azərbaycanın haqlı mövqeyi müdafiə olunub”.
Deputat qeyd edib ki, hətta 2020-ci ilin iyulundakı Tovuz hadisələri zamanı Türk Şurası tərəfindən Ermənistanın təxribatlarını pisləyən xüsusi bəyanat verilmişdi:
“Həmçinin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanı dəstəkləyən və Ermənistan tərəfindən Gəncə, Bərdə şəhərlərinə atılmış raketlər nəticəsində dinc vətəndaşların şəhid olması ilə bağlı bu hadisəni qınayan bəyanatlar verilmişdi. Türk Şurasının rəsmiləri 2020-ci ilin oktyabrın 20-də Ermənistan tərəfindən raket atəşinə məruz qalmış Gəncə şəhərini ziyarət ediblər. Daha sonra - 2021-ci ilin yanvar ayında TÜRKSOY, Türk Şurası, Türk Mədəniyyət və İrs Fondunun nümayəndələri də işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına baş çəkiblər. Ermənilərin gerçəkləşdirdiyi vandal siyasəti yerindəcə izləyiblər. Bununla bağlı dünya ictimaiyyətinə öz müraciətlərini ünvanlayıblar. Türk Şurası Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı olması ilə bağlı təklif irəli sürüb. Ümid edirik ki, 2023-cü ildə Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan olunacaq. İşğaldan azad edilmiş ərazilərin yenidənqurma işlərinə Türkiyə ilə yanaşı, digər türk dövlətlərinin də dəstək olacağına ümid edirik. Düşünürəm ki, bu nüans da gündəmin əsas müzakirə mövzularından olacaq. Azərbaycanın inkişafı digər türk dövlətlərinin inkişafına da böyük təkan verəcək. 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunması, tezliklə açılacaq Zəngəzur dəhlizi bütün türkdilli dövlətlərin inkişafına töhfə verəcək”.
Tural Turan
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”





































