Nida Təhlil
Belə mükafatlar bizi layiq olduğumuz dəyərə qovuşduracaq - Fazil Mustafa
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması böyük bir tarixi hadisədir. Bunun Türkiyə Prezidenti tərəfindən təqdim olunmasının mənası o idi ki, Azərbaycan Qarabağda böyük zəfər qazanıb. Bu zəfərin əsas memarı da Azərbaycanın Ali Baş Komandanıdır.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, İlham Əliyev xalqı toparlayaraq, Azərbaycan Ordusunu təşkilatlandıraraq və güclü bir mövqe qazanaraq bu prosesi uğurla başa çatdırdı: “Buna görə də o, Türk Dünyasının Ali Mükafatına layiq görüldü. Türkiyə Prezidenti bunu kifayət qədər əsaslandırmış şəkildə gündəmə gətirdi. Hesab edirəm ki, ölkə Prezidentinin də çıxışında türk dünyasının bu zəfərdə rolunu qabartması olduqca mühüm bir mesaj idi. Artıq hamıya bəlli oldu ki, qələbə üçün mütləq birlik lazımdır. Bu birlik modeli də bu gün İstanbulda öz əksini tapdı. Bu istiqamətdə bütün münasibətlər və əlaqələr daha da artırılmalı və güclənməlidir. Mükafat həm də Azərbaycan xalqına və onun rəhbərinin məhz bu xalqın güvəni ilə torpağı azad etməsinə verilən dəyərdir. Ümid edirəm ki, bundan sonra biz ancaq birlikdə qələbələrimizi qeyd edəcəyik. Bu cür mükafatlar isə bizi layiq olduğumuz, haqq etdiyimiz dəyərə qovuşduracaq”.
Aytən Məftun
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































