Nida Təhlil
Azərbaycan Ermənistandan mina xəritələrini BU YOLLA ALA BİLƏR
“Mina xəritələrinin verilməsi və bu kimi məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Çünki Ermənistan mina xəritələrinin verilməsini sülh müqaviləsi ilə əlaqələndirə bilər”.
Bunu Publika.az-a açıqlamasında konfliktoloq Əvəz Həsənov deyib.
Konfliktoloq qeyd edib ki, Azərbaycan Ermənistana beynəlxalq səviyyədə təzyiqlər göstərməlidir: “Azərbaycanla Ermənistan arasında hər hansısa bir razılaşma olacaqsa, onlar mina xəritələrini vermək məcburiyyətində qalacaq. Ancaq indiki situasiyada Ermənistana ciddi təzyiq mexanizmi formalaşmayıb. Onlar müxtəlif bəhanələr gətirərək bu məsələdən boyun qaçıra bilər”.
Ə.Həsənov vurğulayıb ki, Ermənistan Azərbaycanın öz torpaqlarını nə vaxtsa azad edəcəyindən qorxduğu üçün o əraziləri minalayıb: “Ermənistan tərəfinin indiki fikri budur ki, torpaqları azad edən sizsiniz və oranı minalardan özünüz təmizləməlisiniz. Ordumuz 44 gün ərzində torpaqlarımızı işğaldan azad edib, ancaq indi ən böyük təhlükə həmin ərazilərdə basdırılmış minalardır. Azərbaycan dünyanın hər bir yerində müxtəlif kampaniyalar aparmalıdır ki, aparıcı ölkələr və qurumlar minaların təmizlənməsinə yardım etsinlər. Ermənistan tərəfi Qarabağ ərazisinin demək olar hər bir qarışını minalayıb. Biz isə artıq oranı azad etmişik və minalara görə məsuliyyətimiz ikiqat artıb. Azərbaycan beynəlxalq qurumlara müraciət edərək bu məsələdə Ermənistana təzyiq göstərmələrini istəyə bilər. Əsas olaraq əhalinin həmin ərazilərə getməsinin qarşısı alınmalıdır. İşğaldan azad olunan ərazilərə səfərlərin sayı azalmalıdır və ora gedən şəxslər hərbçilərin nəzarəti altında olmalıdır. Yəni həmin ərazilərdə nəzarəti gücləndirməklə vətəndaşlarımızı minalardan qoruya bilərik”.
Rahib Ələsgərov
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi




































.jpg)


