Nida Təhlil
Azərbaycan Rusiya ilə əməkdaşlığa həmişə xüsusi diqqət ayırıb - Şərh
Azərbaycan-Rusiya münasibətləri SSRİ dağılandan sonra həm MDB çərçivəsində, həm də ticari-iqtisadi, mədəni-humanitar əlaqələr baxımından yüksək səviyyədə olub. İlk növbədə isə Rusiya Azərbaycanla qonşu ölkədir.
Bunu Publika.az-a beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib.
O bildirib ki, ticari-iqtisadi aspektdən yanaşsaq, hər iki ölkə üçün əməkdaşlıq kifayət qədər faydalıdır: “Bu səbəbdən də Azərbaycan Rusiya ilə əməkdaşlığa həmişə xüsusi diqqət ayırıb. Eyni zamanda məlumdur ki, Azərbaycanın ilkin enerji layihələri məhz Rusiya vasitəsilə Qərbə nəql olunan enerji layihələridir. Azərbaycanla Rusiya arasında həm də strateji tərəfdaşlıq mövcuddur. Yəni hər ikisinin ortaq maraqları var. Bu ortaq maraqlar hər iki dövləti strateji, siyasi, iqtisadi sahələrdə əməkdaşlığa vadar edən məqamlardan biridir. Əvvəldən, xüsusilə də 90-cı illərin ikinci dövründə müəyyən problemlər yaşanıb. Ancaq biz görürük ki, son dövrlər bu əməkdaşlıq tempi yüksələn xətlə inkişaf etməyə davam edir”.

S.Zahidov qeyd edib ki, burada Azərbaycanın da öz maraqlarının olmasını nəzərə almaq lazımdır: “Bu maraqlar birinci növbədə ondan ibarətdir ki, Rusiyada 2,5 milyon soydaşımız yaşayır. Eyni zamanda, burada enerji maraqları və kommunikasiyalar məsələsi var. Bilirik ki, Azərbaycan Şimal-Cənub kommunikasiya layihələrinin ortasına yerləşir. Bu layihə həm də Rusiyadan keçir. Bununla yanaşı, Xəzərin hüquqi statusu ilə bağlı məsələdə də Rusiya Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlərdən biri olub. Ən nəhayət, Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçi olması, sözsüz ki, Azərbaycanla Rusiyanın əməkdaşlığının göstəricilərindən biridir”.
Akqabay Mıradov
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı









.jpg)



























