Nida Təhlil
Prezident İƏT tribunasından bütün dünyaya bəyan etdi ki... - Deputat
Azərbaycan hər zaman regional əməkdaşlığa xüsusi önəm verib. Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmizin aktiv iştirak etdiyi beynəlxalq qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır (İƏT). Hökumətlərarası regional təşkilat olan İƏT-in əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat, logistika mərkəzlərindən birinə çevrilib: “Bu baxımdan Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinə başlayıb, sıfırdan yeni şəhər və kəndlər salmağa başlayıb. Artıq Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji bölgələri” elan edilməsi kontekstində Azərbaycan Prezidenti İƏT-də də “qurucu lider” kimi tanınır. Onu da təəssüflə qeyd etmək lazımdır ki, işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib, bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan məscidləri dağıdıb, qəbiristanlıqları görünməmiş vandalizmə məruz qoyub”.
C.Məmmədov qeyd edib ki, son illər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və genişmiqyaslı islahatlar nəticəsində ölkədə münbit sərmayə iqlimi yaradılıb: “Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bu gün Azərbaycan mühüm beynəlxalq statistik göstəricilər əsasında xarici sərmayələr üçün açıq və cəlbedici ölkəyə çevrilib. Sammitdə qəbul edilmiş sənədlərdə Azərbaycanla bağlı mühüm məsələlər yer alıb. Zirvə Görüşündə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulmasına və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Prezident İlham Əliyev Aşqabadda İƏT tribunasından bütün dünyaya Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etdi. İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapması Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir”.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





