Nida Təhlil
Zəngəzur – İƏT-in ən strateji layihəsidir - Amerikalı ekspert
Zəngəzur dəhlizi İqtisadi Əməkdaşlıq Təşkilatının ən strateji layihəsinə çevrilir.
Publika.az xəbər verir ki. bu sözləri amerikalı ekspert Endryu Korıbko Axar.az-a danışarkən deyib.
Ekspertin fikrincə, bu, Əfqanıstan, Mərkəzi Asiya respublikaları və Pakistanın Avropa Birliyinin nəhəng bazarına çıxışını asanlaşdıra bilər:
“Onlar öz məhsullarını Xəzər dənizindən keçirərək Azərbaycan-Gürcüstan-Türkiyə ticarət dəhlizi ilə həmin bloka sala bilərlər, lakin Zəngəzur dəhlizi xərcləri və vaxtı azalda bilər. Bundan əlavə, onun geniş tətbiqi blokun üzvləri arasında bu layihənin Azərbaycan tarixində ən mühüm layihə olduğunu nümayiş etdirən güclü həmrəylik siqnalı verəcək”.
Ekspert bildirib ki, İran Hindistanla Şimal-Cənub nəqliyyat dəhlizini Mərkəzi Asiya respublikalarının qlobal bazara çıxışı üçün əlverişli alternativ kimi təqdim etməyə çalışır:
“Lakin ABŞ-ın İslam Respublikasına qarşı sərt iqtisadi və maliyyə məhdudiyyətlərinə məhəl qoymayan ölkələri ikinci dərəcəli sanksiyalarla təhdid etməsi bu ölkələri belə bir əməkdaşlıqdan çəkindirir. Sözügedən ölkələrin Zəngəzur dəhlizindən istifadə etmələri ilə bağlı isə heç bir məhdudiyyət yoxdur. Buna görə də hesab edirəm ki, bu layihənin böyük potensialı var və İƏT üzvlərinin qlobal iqtisadiyyatla daha fəal əlaqə qurması üçün bundan istifadə etmək lazımdır”.
Amerikalı ekspertin qeyd etdiyi digər məqam da budur ki, bu, Çin və Rusiyanın çoxqütblü baxışını tamamlayır:
“Mərkəzi və Cənubi Asiya ilə Qərbi Asiya və AB arasında iqtisadi əlaqələrin genişləndirilməsində Zəngəzur dəhlizinin təşviqi irəli sürülür. Bu layihənin əleyhinə olanlar Çin və Rusiyanın baxışlarına qarşı olanlardır. Bu layihəyə qarşı çıxmaq eyni zamanda Ermənistanın milli iqtisadi maraqlarına da ziddir. Başqa sözlə, Zəngəzur dəhlizinə qarşı çıxmaq düşmən qüvvələrin Avrasiyada “parçala, hökmranlıq et” maraqlarını təbliğ etməkləridir”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
