Nida Təhlil
Bu, ikili standartlardan xəbər verir - Şərh
Beynəlxalq münasibətlərdə 2 əsas nəzəriyyə mövcuddur: realizm və liberalizm. Realizmdə deyilir ki, dövlətlər üçün əsas olan maraqlardır. Demokratiya və insan hüquqlarını sadəcə dilə gətirirlər, amma reallıqda bu meyarlara heç də riayət etmirlər. Liberalizm isə deyir ki, dövlətlərin demokratik olması, onlarda insan hüquqlarının təmin olunması vacib meyardır. Biz demokratiya sammitinə və buradakı ölkələrin siyahısına baxanda görürük ki, həqiqətən də ABŞ xarici siyasətində realist prinsiplər özünü göstərir. Sammitdə Türkiyə və Azərbaycan yoxdur, demokratiyadan uzaq olan ölkələr bu sammitə dəvət alıblar.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. Politoloq qeyd edib ki, hansı dövlətlərlə daha yaxşı münasibətləri varsa və ABŞ üçün müttəfiq rolunda çıxış edirlərsə, o dövlətləri sammitə dəvət ediblər:
"Bunun demokratiya ilə əlaqəsi yoxdur. Bir çox demokratik dəyərləri ilə öndə olan dövlətlər sammitə dəvət almayıblar. Sözsüz ki, sammitin demokratiya altında keçirilməsi formal xarakter daşıyır. Hesab edirəm ki, sammitin əsas məqsədi ABŞ-ın indiki və potensial müttəfiqlərini bir araya yığmaq, müxtəlif regionlarda indi və gələcəkdə baş verəcək proseslərlə bağlı müzakirələr aparmaqdır. ABŞ belə bir sammit çağırmaqla dünyada demokratiyanın carçısı rolunu oynamağa çalışır. Amma o da hamıya məlumdur ki, ABŞ bir çox regionlarda xaos və anarxiyanın əsas səbəbkarı olub. İraqı misal çəkə bilərik. 2003-cü ildə ora daxil olanda nə yarandı? Demokratiyadan əsər-əlamət yoxdur. Əfqanıstana da demokratiya gətirmək istəyirdilər, ordan da çıxdılar. ABŞ xarici siyasətində realizm konsepti dominantdır və bu sammit onun ikili standartlar nümayiş etdirməsini göstərir".
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





