3+3 formatı: regionda sülhün gələcəyi inşa edilir
Bizi izləyin

Nida Təhlil

3+3 formatı: regionda sülhün gələcəyi inşa edilir

Bu gün Moskvada Cənubi Qafqazda “sülhün və sabitliyin təmin edilməsi” məsələlərinə həsr olunmuş “3+3” formatında əməkdaşlıq platformasının ilk iclası keçirilir. Bu iclas postmünaqişə dövründə regionun gələcəyi üçün inşa edilən yeni platformanın başlanğıcı hesab oluna bilər.

Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüskarı olduğu formata Rusiya prezidenti də əvvəldən açıq dəstək verib. İran əvvəlcə müəyyən məsafə saxlasa da, sonradan açıq şəkildə dəstəklədi. Beləliklə, Moskvada keçirilən ilk iclas regionun gələcəyinə yeni qapının açılması deməkdir.

3+3 formatının müsbət cəhətləri

Regionun bütün problemləri region ölkələri təırəfindən həll edilməsi bütün bölgə üçün ən unikal seçimdir. ATƏT-in Minsk qrupu nümunəsi də göstərdi ki, regiona daxil olmayan ölkələrin (Fransa, ABŞ) siyasi gündəliyində Qarabağ münaqişəsinin həlli axırıncı yerdə dayanmışdı. Bu, regionda digər problemli məsələlər üçün nümunədir.

Gürcüstan üçün “yol xəritəsi”

Minsk qrupunun regiona daxl olmayan ölkələrinin fəaliyyəti bir daha təsdiq etdi ki, “yaxın qonşu, uzaq qohumdan daha yaxşıdır”. Azərbaycan məhz bu reallığı nəzərə alan siyasət yürütdüyü üçün problemi həll etməyi bacardı. Gürcüstan da bu təcrübədən yararlana bilər. Gürcüstanın 3+3 formatından iştirak etməməsini Bakıda anlayışla qarşılayırlar. Lakin 3+3 formatı Tbilisi ilə Moskva arasında bir çox çətin problemlərin, o cümlədən Abxaziya və Sxinvali regionunun reinteqrasiyası məsələlərinin müzakirəsi və həlli üçün effektiv platformaya çevrilə bilər. Artıq həll edilən Qarabağ münaqişəsi, hazırda mövcud olan Ukrayna münaqişəsi və bir çoc nümunələr də təsdiq edir ki, regiondan uzaq dövlətlərin qoşulduğu proseslər “ölü nöqtə”dən tərpənmir. Gürcüstanın 3+3 formatına gəlişi bu ölkənin hənm regionun gələcəyindən kənarda qalmamasına, o cümlədən, problemini həll etmək imkanları əldə etməsinə səbəb ola bilər. Tbilisi və Moskvanın aralarındakı problemləri həll etməsi üçün Azərbaycan və Türkiyə çox yaxşı vasitəçi ola bilər. 3+3 formatının bu istiqamətdə unikal platformaya çevrilmək imkanı genişdir.

Bu format həmçinin, Türkiyə ilə Ermənistan arasında da problemlərin həlli üçün effektiv platfiorma rolunu oynaya bilər.

3+3 formatı: unikal platforma

Bəzi ekspertlər bu platformanı gözdən salmaq üçün Rusiya, Türkiyə və İranın Suriya ilə bağlı məsələləri həll etdiyi “Astana formatı” ilə paralellər aparır. Amma bu müqayisə kökündən yanlışdır və Cənubi Qafqaz reallıqlarını dərk etməkdən uzaqdır, Yaxın Şərqlə paralellər aparmaq yersizdir. Benilüks və Skandinaviya ölkələrinin timsalında belə nümunələr var: bu ölkələr regional platformalar çərçivəsində də uğurla birgə fəaliyyət göstərirlər.

Bu gün Cənubi Qafqaz defraqmentasiya olunmuş məkandır - iqtisadi, nəqliyyat və logistika əlaqələri məhv edilib. Nəticədə, region inteqrasiya olunmuş vahid kimi beynəlxalq ticarət və nəqliyyat kommunikasiyaları şəbəkəsindən “kənarda qaldı”. “3+3” platformasının məqsədi Cənubi Qafqazı ziddiyyətlər regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına, Avrasiyada nəqliyyat mərkəzinə çevirməkdir. Bu, həmçinin regionumuza revanşizmə və yeni müharibələrə qarşı müəyyən immunitet verəcək.

Ermənistan üzərindən “Zəngəzur dəhlizi”nin yaradılması, Azərbaycan ərazisindən keçəcək “Şimal-Cənub” layihəsinin reallaşdırılması Cənubi Qafqaz regionunun qlobal nəqliyyat və logistika sahəsində beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək və son nəticədə hər üç ölkəyə dividentlər gətirəcək.

İran, Türkiyə və Rusiyanın əhali sayı, ümumilikdə, 300 milyon nəfərdən çoxdur. Bu, Cənubi Qafqaz ölkələri üçün böyük satış bazarıdır və “3+3” formatı bu ölkələrlə ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.

Və ən mühüm artıq münaqişələr, toqquşmalar keçmişdə qalacaq, regionun bütün ölkələri və xalqları üçün sülh içində yaşamaq imkanı yaranacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm