Qarabağda rusların nəzarətində olan bu iki yerə ağır silahlar toplanır - SENSASİON FAKT AÇILDI
Bizi izləyin

Nida Təhlil

Qarabağda rusların nəzarətində olan bu iki yerə ağır silahlar toplanır - SENSASİON FAKT AÇILDI

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan maraqlı açıqlama ilə çıxış edib. O deyib ki, Ermənistan tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır.

O zaman ortaya sual çıxır; İrəvan Bakıya və Ankaraya nümayəndə heyəti göndərməklə hansı məsələləri müzakirə edəcək və ya Ermənistanın bu addımı nəyə hesablanıb?

Politoloq Tofiq Zülfüqarov Publika.az-a açıqlamasında bildirib ki, İrəvan sadəcə olaraq danışıqların formatını təklif edir: “Əsas məsələ isə danışıqlar prosesinin məzmunudur. Bu baxımdan bəzi məqamlarla bağlı Ermənistanın mövqeyi hər kəsə bəllidir. Yaxın vaxtlarda, proseslərin axarı fonunda danışıqları kimlərin, hansı nümayəndələrin aparacağını görəcəyik. İndi əsas məsələ danışıqların məzmunu və formatı ilə bağlıdır. Yəni format sırf texniki vasitədir; onun hansı tərkibdə tərtib olunması, kimlərin görüşəcəyi formatla bağlı məsələlərdir. Amma məzmun həll olunmasını gözləyən mövzulardır. Həmin mövzular da bəllidir. Buraya sərhədlərin demarkasiyası və delimitasiyası, Zəngəzur dəhlizi və dəhlizin açılması fonunda kommunikasiyaların bərpası məsələsi, digər mövzular da daxildir. Təbii ki, gec-tez Azərbaycan və Ermənistan arasında danışıqlarda format olmalıdır. Çünki həll olunası məsələlər çoxdur”.

Politoloq ilin sonunda Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünə də toxunub. Tofiq Zülfüqarovun fikrincə, Bakı və İrəvan arasında müzakirə olunacaq məsələlər həmişə mövcuddur və bu baxımdan Əliyev və Paşinyan arasında hazırkı durumda bir çox məsələlər müzakirə edilə bilər:

“Sərhəd məsələsi, kommunikasiyaların açılması, xüsusi mövzu kimi dəhliz məsələsinin də bu görüşdə müzakirə olunması mümkündür. Dəhliz mövzusunun praktiki məsələləri də çoxdur. Çünki tikinti işləri koordinasiya şəklində aparılmalıdır. Azərbaycanın Ermənistanla müzakirə olunacaq digər mövzuları var. Misal üçün, hələ də işğal altında qalmış ərazilər mövcuddur. Söhbət Qazaxın 7, Naxçıvanın Kərki kəndindən gedir. Eyni zamanda Ermənistanın Azərbaycana ödəyəcəyi təzminat mövzusu hələ də qalır. Bu məsələ də gündəmdən çıxmayıb. Bundan başqa, Qarabağa aid bəzi mövzular var. Bizdə olan məlumatlara görə, Bakıdan icazə alınmadan oraya müxtəlif səfərlər gerçəkləşdirilib. Bəzi məlumatlar var ki, orada hansısa hərbi kontingent mövcuddur”.

Tofiq Zülfüqarov hesab edir ki, Qarabağla bağlı da müzakirə ediləcək mövzular çoxdur:

“Bu barədə az yazılır, amma bir məsələni də deyim, məlumatlara görə, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə hansısa ağır silahlar toplanılıb. Bunlardan biri Xocalı tərəfdə, digəri Şuşa yaxınlığındadır. Həmin silahların gələcəyi də Sankt-Peterburqda müzakirə oluna bilər. Mən hesab edirəm ki, bu silahlar qənimət kimi Azərbaycan tərəfinə verilməlidir. Bəlkə Ermənistan deyəcək ki, bu, mənim silahlarımdır, onları geri qaytarın. Sadaladıqca xeyli sayda mövzular ortaya çıxır. Bu baxımdan məsələlərin müzakirəsi üçün müxtəlif formatlar yaratmaq mümkündür. Yəni baş nazirlərin müavinləri kommunikasiyalar məsələsi ilə bağlı bir araya gəlir. Digər formatlar da var, məsələn, bir sıra məsələləri dövlət başçıları müzakirə edirlər”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm