Nida Təhlil
Bakı-İrəvan münasibətləri və Qarabağ: bu il nələr ola bilər? - TƏHLİL
2022-ci ildə Bakı-İrəvan xəttində, regionda və Qarabağda nələr ola bilər? Ötən ilin prosesləri bu sual ətrafında müəyyən gözləntiləri də önə çıxarır.
Birinci: Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması üzrə razılaşmanın praktiki mərhələyə keçəcəyi ehtimalı böyükdür;
- ABŞ-Rusiya qarşıdurması fonunda Moskva siyasi mübarizənin əsas cəbhələrindən olan Cənubi Qafqazda özünün vasitəçiliyi ilə əldə olunan razılaşmanın praktiki mərhələyə keçidinə tələsir: prosesin tamamlanması zaman ala bilər, lakin ruslar üçün əsas məsələ delimitasiya müqaviləsinin imzalanması, ikitərəfli komissiyanın yaradılması və fəaliyyətə başlamasıdır; bu, sərhəd üzərindən üçüncü tərəflərin bölgəyə müdaxiləsinin qarşısını alacaq;
- Ankara ilə münasibətləri normallaşdırmaq istəyən İrəvan Bakının gündəliyində cari məsələ olan sərhəd razılaşmasının icrasına razı görünür: Paşinyanın ötən ilin son müsahibəsində sərhəd razılaşmasının Ermənistanın əleyhinə olmadığına dair açıqlaması da bu fikri gücləndirir;
- Bakı, Ankara və Moskvanın bölgədə fikir ayrılığının olmadığı yeganə razılaşma sərhədlə bağlıdır;
- Delimitasiya müqaviləsinin növbəti aylarda imzalanması, demarkasiya prosesinin də hava şəraitinin əlverişli olduğu dövrdə - yaz aylarında başlana biləcəyi gözləniləndir;
İkinci: kommunikasiyanın açılması üzrə praktiki addımlar;
Brüsseldə “qarşılıqlı gömrük və sərhəd nəzarəti” məntiqi ilə əldə olunan razılaşma mövcud anlaşmalara – 10 noyabr və 11 yanvar – yenidən baxmağı zəruri edir. Moskva da hazırda kommunikasiya üzrə vahid sənədlər paketinin yenidən işləndiyini açıqladı və bu, kommunikasiyanın açılması prosesinin bir qədər zaman alacağını deməyə əsas verir: mümkündür ki, nəqliyyat infrastrukturunun inşasını həyata keçirmək üçün kommunikasiyanın “dəhliz”, yaxud “yol” məntiqi üzrə açılması ilə bağlı son razılaşma sonraya saxlanılsın;
Sərhəd və kommunikasiya cari ilin ən aktual məsələsi olacaq. Əliyev də 2021-ci ilin yekun çıxışında rəsmi Bakının Soçi və Brüssel razılaşmalarının 2022-ci ildə reallaşmasını gözlədiyinin mesajını verdi.
Üçüncü: 3+3 formatında əməkdaşlıq dərinləşə bilər:
- Türkiyə və Rusiya Qərb-Rusiya qarşıdurması fonunda bölgədə əməkdaşlığın dərinləşməsinə çalışacaq;
- ABŞ-la nüvə danışıqları üzrə dil tapa bilməyən İran bu formatda aktivliyini artıra bilər;
- Bakı 3+3 formatını “problemlərin həlli platforması” kimi Minsk qrupu formatına qarşı istifadə edilməsini aktuallaşdıra bilər;
Dördüncü: Bakı və Ankara Laçın dəhlizinə nəzarət məsələsi istiqamətində işləyəcək;
Beşinci: Azərbaycan Qarabağdakı ermənilərlə bağlı dövlət proqramını bu il açıqlaya bilər;
- Sərhədin müəyyən edilməsi erməni qoşunların Azərbaycan sərhədləri daxilindən çıxarılması (10 noyabr razılaşmasının 4-cü bəndi) zərurətini aktuallaşdırır: Moskva da Soçi razılaşması ilə yanaşı, müharibədən sonrakı danışıqların baza prinsipini təşkil edən 10 noyabr bəyanatının heç bir irəliləyiş olmayan bəndinin icrasına vasitəçiliyinin effektivliyi baxımından razı ola bilər;
- Paşinyanın “Qarabağın statusu” ilə bağlı son açıqlaması, separatçılarla İrəvan arasındakı çatlar da Ermənistanın “oyundan çıxacağı” perspektivini gücləndirir;
- Və bu perspektivlər fonunda Bakı erməni əhali üzərində təbliğatı artıra bilər: birgəyaşayışla bağlı dövlət proqramının açıqlanması bu addımlardan biridir;
Asif Nərimanlı
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...







.jpg)









.jpg)














.jpg)
.jpg)

