Nida Təhlil
Pekress və digərləri: Fransada fransızların, yoxsa ermənilərin prezidenti seçilir?
Fransa prezidentliyinə namizəd Valeri Pekressin Qarabağa qanunsuz səfərindən sonra ölkəsində qaldırdığı hay-küy və fransalı rəsmilərin qeyri-diplomatik açıqlamaları bu mövzu üzrə müəyyən məqamları yenidən gündəmə gətirdi:
- Prezidenti olmaq istədiyi ölkəsinin də bir parçası olan beynəlxalq hüquq çeynəyərək, başqa ölkənin ərazi bütövlüyünü pozan Pekressin səsi niyə bu qədər gur çıxır?
- Pekress Fransanın yox, Ermənistanın prezidenti olmaq istəyir?
- Fransada prezidentliyə namizədlər seçki kampaniyalarını niyə ermənilər üzərindən qururlar?
- Ölkədə ciddi sosial-iqtisadi problemlər var və normal məntiqə görə namizədlər Fransa seçicilərinin səsini bu problemlərin həlli yolları üzərindən qazanmağa çalışmalıdır: niyə fransalının problemi prezident seçkilərinin aktual məsələsi deyil?
Bu suallara cavab axtarışı Pekressin, ümumiyyətlə Fransada seçkiöncəsi vəziyyətin Azərbaycana qarşı kampaniya üzərində qurulması cəhdlərini anlamağa imkan verir.
Dünya təcrübəsində seçki prosesi namizəd-seçici münasibətləri üzərində qurulur: namizədlər ölkədəki sosial-iqtisadi problemlərin həlli ilə bağlı proqramını təqdim edir, seçicilər bu təqdimatlara uyğun daha çox inandığı namizədə səs verir;
Fransada sosial-iqtisadi problemləri bir kənara qoyub, anti-Azərbaycan, Qarabağ və Ermənistanın maraqlarını seçki kampaniyasına daxil edən fransız namizədlərə - Valeri Pekressə, Erik Zemmura, elə digərlərinə də seçki proqramı təqdim edə bilərik.
1. Sosial-iqtisadi problemlər;
2. Tibbi problemlər;
3. Dəyərlərin böhranı;
Fransanın mövcud vəziyyətini bu üç başlıq altında qiymətləndirmək olar.
Birinci başlıq: yoxsulluq artır;
Ölkədə inflyasiya son 10 ilin ən yüksək həddinə çatıb. Hazırda 3 faiz inflyasiyasının olduğu qeyd olunur. Bununla yanaşı, enerjinin qiyməti 26,7 faiz yüksəlib. Sosial etieazlar əvvəlki illərdə olduğu kimi bu il də davam edəcək. Təhsildən sağlamlığa, iş yerlərinin azalmasına, işsizliyin artmasına, bütün məhsulların qiymətində artımların olmasına və mövcud həyat səviyyəsinə görə yanvar ayının ikinci yarısından etibarən etirazların daha böyük miqyasda davam edəcəyi gözlənilir.
“Franmsa xalqı kef etmir”. Hazırda bu ölkədə yaşananlar bu acı gerçəkliyi təsdiqləyir.
“Odoxa BackBone-Consulting” araşdırma şirkətinin məlumatına görə, Fransa xalqının 59 faizinin 2022-ci ildən böyük gözləntisi yoxdur. İnsanlar ötən ildə olduğu kimi yenə sağlamlıq və sosial-iqtisadi problemlərin davam edəcəyini düşünürlər. Əhalinin 23 faizi isə vəziyyətin daha da pisləşəcəyini hesab edir.
Sorğunun nəticələrinə görə, ölkədə 10 nəfərdən 6-sı “Sarı jiletlilər” hərəkatına bənzər, amma ondan daha böyük etiraz aksiyalarının olacağını düşünür. Əhalinin 49 faizi isə iqtisadi böhranın yaşanacağından qorxur.
İkinci başlıq: COVİD Fransanı məğlub etdi;
Pandemiya başlayandan indiyə qədər hökumətin həyata keçirdiyi bütün əks tədbirlər heç bir nəticə verməyib. Hətta vaksinin 4-cü dozasının qəbul edilməsinə baxmayaraq, vəziyyət yenə dəyişmir.
- Tibbi sığortada yaranan problemlər;
- Test sayında çatışmazlıq;
- Test edilməsi üzərində biznesin qurulması;
- Tibbi personalın sayında çatışmazlıqlar;
- Təcili Tibb Yardım xidmətinin normal işləməməsi;
Və saydıqca bitməyən başqa çatışmaazlıqlar. Ötən həftə müəllimlər koronavirus siyasətinə etiraz olaraq tətil etdilər. Eyni addımlar digər sektorlarda da atılır. Problemin həlli ilə bağlı atılan addımlar isə heç bir effekt vermir.
Üçüncü başlıq: böhran dərinləşir;
Fransada 6 milyondan çox müsəlmanın olmasına baxmayaraq, islamofobiya getdikcə daha da artır. Məscidlərin bağlanması, siyasətçilərin anti-İslam çıxışları cəmiyyətdə ciddi çatlar yaradıb. Mütəxəssislər Fransada nə demokratik, nə də bəşəri dəyərlərə əməl edilmədiyini, ciddi aşınmaların getdiyini qeyd edirlər. Bu çatlar təkcə dini müstəvidə yox, həm də siyasi sferada da müşahidə olunur. Sağ və solçular arasında münasibətlər normal siyasi etika çərçivəsindən çıxaraq, düşmənçilik həddinə çatıb. Bütün bunların fonunda əhalinin “vaksinli” - “vaksinsiz” təbəqəyə bölünməsi cəmiyyətdə münasibətlər sisteminin böhran yaşamasına səbəb olub.
Bu mənzərə Fransada prezident seçkilərinin gərgin keçəcəyini vəd edir, çünki problem nə qədər çoxdursa, siyasi mübarizə bir o qədər sərt olmalıdır. Seçki təcrübəsi bu məntiqi önə çıxarır. Hərçənd, nə Pekressin, nə Zemmurun, nə də digər namizədlərin seçki kampaniyasında Fransa xalqının problemləri yox, ermənilərin maraqları daha çox yer turur. Və bu, iki nəticəni ortaya çıxarır:
a) namizədlərin heç biri ölkədəki problemləri həll etmək əzmində deyillər və buna görə diqqəti fərqli məsələlərə yönəltməyə çalışırlar;
b) erməni icmasının maraqları bu ölkədə prezident olmaq istəıyənlərin gündəmindən fransalıların problemini çıxarıb;
Seçki prosesinə hər iki amilin təsiri var. Xalqın üzləşdiyi problemləri həll edə bilməyən namizədlər erməni icmasının dəstəyinə bel bağlayır: bu ölkədə 700 minə yaxın erməni icması var və onların 400 mini səsvermə hüququna malikdir; erməni diasporu/lobbisinin siyasi proseslərə təsir imkanları genişdir;
Görünür, namizədlər erməni seçicilərin, diaspor və lobbisinin dəstəyi ilə fransız seçicidən ala bilməyəcəkləri səsləri kompensasiya etməyi planlaşdırır. Erik Zemmur və Valeri Pekressin Ermənistana səfəri, ikincinin İrəvandan qanunsuz olaraq, Xankəndinə gəlişi də buna hesablanmışdı.
Burada əsas hədəflərdən biri də “Şərqdə xristianların müdafiəsi” tezisidir. Bu tezis Fransa ictimai rəyində müəyyən paya sahibdir və prezidentliyə namizədlər Ermənistanı “xristianlığın şərq cinahı” kimi təqdim etməklə onların müdafiəsi üzərindən xal qazanmağa çalışırlar. Pekressin ölkəsində qayıtdıqdan sonra səfərini “xristianların müdafiəsi” kimi təqdim etməsi də bundan qaynaqlanır.
Və bunu əslində XXI əsrin yeni “səlib yürüşü” adlandırmaq olar: Pekress, eləcə də digər namizədlər ermənilərin “xristianların müdafiəsi” tezisi altında müdafiə edir, müsəlman Azərbaycana qarşı hücuma keçir, hətta qeyri-etik ifadələr işlədirlər; Fransa rəsmiləri isə beynəlxalq hüquqa zidd olan bu prosesə heç bir reaksiya vermir;
Bütün bunlar Fransada istər demokratiyanın, istər diplomatik münasibətlərin, istərsə beynəlxalq hüquq prinsiplərin böhranının yaşandığını göstərir. Fransanın milli maraqları da böhran içindədir, çünki prezidentliyə namizədlər nə bu ölkənin, nə də xalqın maraqlarını yox, ermənilərin və Ermənistanın maraqlarını müdafiə edir.
Fransada fransızların, yoxsa ermənilərin prezidenti seçiləcək?
Baş verənlər və mövcud vəziyyət bu sualı aktuallaşdırır.
Asif Nərimanlı
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar