Nida Təhlil
Ərdoğanın Əliyev və Putinə zənginin ŞİFRƏLƏRİ
Ərdoğan Əliyevlə, eləcə də, Putinlə telefonda müzakirə aparıb.
Rəsmi informasiyaların yayılma vaxtına baxdıqda Ərdoğan-Əliyev telefon müzakirəsinin Azərbaycan prezidentinin Moskvada olarkən aparıldığını demək mümkündür, çünki prezidentin Moskva səfərinin başa çatmasına dair məlumat telefon müzakirəsi haqda məlumatdan sonra yayılıdı. Ərdoğan-Əliyev, Ərdoğan-Putin telefon görüşünün eyni saatlarda baş tutması da diqqət çəkir.
Telefon trafikində iki ana gündəm var.
Birincisi, Ukraynadır: Bakı və Ankara Rusiya-Ukrayna böhranında vasitəçi olmaq istəyir, mümkündür ki, Əliyevin Moskva səfərində Türkiyə və Azərbaycanın oynamaq istədiyi rol da gündəmə gətirilib; Ərdoğanın Putinlə müzakirə ilə yanaşı, eyni mövzunu Əliyevlə (telefon söhbətinin Moskvada olduğu istisna deyil) danışması da Bakı-Ankara ikilisinin Ukraynada ən azı müharibənin qarşısını almağa çalışdığından xəbər verir;
Problemin həllini tapmaq çətindir, xüsusilə Rusiyanın separatçıları tanımasından sonra. Hərçənd, Ukraynanın Bakı və Ankaranın vasitəçiliyi ən azı Qərb-Rusiya toqquşmasının poliqonuna çevrilməkdən qurtulmaq, Rusiyanın Ukrayna məsələsini alternativ masalara daşımaq imkanı var;
İkincisi, Moskva Bəyannaməsidir: Rusiya ilə müttəfiqlik sənədinin Türkiyə ilə öncədən razılaşdırıldığına şübhə yoxdur; istisna deyil ki, Bakı və Ankaranın bu bəyannamənin qarşılığında Rusiyadan Qarabağ, eləcə də Cənubi Qafqazda post-münaqişə dövrünə dair istəkləri var və Ərdoğan Əliyevdən detalları öyrənib, Putinlə atılacaq addımları müzakirə edib;
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


