Nida Təhlil
Azərbaycanı ittiham edən Rusiya Ukraynaya muzdlu ordu yeridir
Rusiya Ukraynada müharibəyə “könüllü” adı ilə Suriyadan muzdlu döyüşçüləri cəlb edir. Müdafiə naziri Sergey Şoyqu Putinə məruzəsində bildirdi ki, 16 min “suriyalı könüllü” Ukraynada Rusiya tərəfindən döyüşmək istəyir, Putin də buna “yaşıl işıq” yandırdı. Eyni gündə Suriyada Bəşər Əsədin nəzarətində olan bölgələrdə əli silahlı qrupların Rusiyanın Ukrayna müharibəsinə dəstək aksiyası keçirməsi də artıq hər şeyin hazır olduğunu təsdiqləyir.
Moskvanın bu addımının bir neçə səbəbi var:
Birincisi, müharibə plana uyğun getmir: Ukraynanın dirənişi Rusiyanın ssenarisini pozdu və hər keçən gün rus ordusunu daha çox itki verir; müharibədə itkilərlə yanaşı, fərariliyin olduğu haqda da məlumatlar var və Rusiya rəhbərliyi muzdlu döyüşçüləri müharibəyə cəlb edərək, vəziyyətdən çıxmağa çalışır;
İkincisi, rus hərbçiləri arasında itkilərin azaldılmasıdır: Ukrayna tərəfinin məlumatına görə, Rusiya ordusu 13 mindən çox itki verib, ABŞ kəşfiyyatı bu rəqəmin ən azı yarısı qədər itkilərin olduğunu açıqlayır; Moskva ölkəyə gələcək tabutların Rusiya ictimaiyyətində onsuz da anti-müharibə əhval-ruhiyyəsini artırmasından çəkinir;
Üçüncüsü, Suriya sseenarisini Avropaya daşıyır: Ukraynada könüllü dəstələrin döyüşməsinə şərait yaradıldıqdan sonra Rusiya rəhbərliyi suriyalı muzdluları müharibəyə daxil etməklə cavab gedişi edir;
Nəticə etibarilə Ukraynada Suriya ssenarisinin təkrarlanması riski artmaqdadır və muzdluların müharibəyə cəlb edilməsi Rusiya tərəfindən gizlədilmir.
Ukraynada döyüşəcək suriyalı muzdlular Bəşər Əsədə yaxın qüvvələrdir. Rusiya Suriyanın parçalanması hesabına olsa belə Əsəd rejimini xilas etdi. İndi Əsəd Putinə olan borcunu ödəmək üçün Ukraynaya muzdlu döyüşçü göndərir.
Son məlumatlara görə, Şamda, Hələbdə, Hamada, Lazkiyədə, Deyrizorda, Rakkada və Dera bölgələrində muzdlu döyüşçülərin toplanması məqsədilə 14 mərkəz açılıb. Rusiya xüsusi təyinatlı qüvvələrinin nəzarətində olan mərkəzlərdə Əsəd rejiminin “Şebbiha” (Kabus) adlandırılan qruplaşmasından və rusların idarə etdiyi, 5-ci ordu adlandırılan qruplaşmadan minlərlə muzdlu qeydiyyatdan keçib. Qeydiyyata düşənlər arasında snayperçilər, minaatanlar, artilleriyadan istifadə etmək bacarığı olanlara üstünlük verilir və onlarla müqavilə bağlanır.
Müqavilə ən azı 6 aylıqdır və müqavilə bağlanan muzdlu döyüşçülər aylıq 300-600 dollar arası maaş alacaqlar. Qeydiyyata alınan muzdlular Rusiyanın Xmeymim hava bazasında qısa müddətdə təlim keçdikdən sonra Ukraynaya aparılacaq.
Proseslər göstərir ki, Rusiya suriyalı muzdluların Ukraynada müharibəyə cəlb edilməsini açıq şəkildə həyata keçirir.
Rusiyanın gizlətmədiyi “muzdlu planı” 44 günlük Vətən müharibəsində Azərbycana qarşı “suriyalı muzdlu” ittihamlarını yada salır.
Erməni işğalına son qoymaq və beynəlxalq hüququ bərpa etmək məqsədilə həyata keçirilən 44 günlük əks-hücum əməliyyatında Ermənistan ordusunun Azərbaycan Ordusu qarşısında qaçmaqdan başqa çarəsi qalmadı. Azərbaycan Vətən müharibəsində 3 mindən çox şəhid verdi, minlərlə hərbçimiz yaralandı. Buna baxmayaraq, Azərbaycana qarşı “suriyalı muzdlular” iddiaları irəli sürülür, Yaxın Şərqdən “muzdlu döyüşçülərin” müharibəyə cəlb edildiyi ittihamları səsləndirilirdi.
Bu iddiaları səsləndirən və tirajlayan ölkələrdən biri də Rusiya idi. Hətta Rusiya Xarici Kəşfiyyat İdarəsinin sədri Sergey Narişkin də heç bir əsası olmayan belə iddialarla çıxış edirdi. Rusiya mediası isə bu iddialarla bağlı ermənilərin saxta informasiyalarını həvəslə tirajlayırdı.
Nə 44 günlük müharibə boyunca, nə də müharibədən sonra heç bir ölkə “suriyalı muzdluların” döyüşlərə cəlb edildiyi iddiasını təsdiq edə bilmədi. Hətta ən xırda fakt belə tapa bilmədilər. Çünki iddialar tamamilə əsassız idi və bu kampaniyanın aparılmasında açıq məqsədlər vardı.
Birincisi, bölgədə yeni reallığı qəbul edə bilməyən ölkələr bu iddialarla proseslərin gedişini dəyişdirməyə çalışırdı.
İkincisi, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz məğlubiyyətini, “qüdrətli erməni ordu” mifinin dağılmasını “suriyalı muzdlularla” əsaslandırmaq istəyirdi;
Üçüncüsü, Ermənistan, bu ölkənin havadarları və erməni lobbisi belə iddialarla beynəlxalq birliyin reaksiyasına nail olmağa, müharibənin ermənilər üçün məğlubiyyətə aparan istiqamətini dəyişdirməyə çalışır, haqlı mübarizəsində təzyiq yolu ilə Azərbaycanın qarşısını kəsmək istəyirdilər;
Bütün planları, feykləri, saxta xəbərləri və təbliğatları alt-üst oldu. Çünki ortada heç bir fakt yox idi. Azərbaycanı “suriyalı muzdlular” məsələsində ittiham edən Rusiya isə bu gün ən yüksək səviyyədə Suriyada muzdlu döyüşçülərin Ukrayna müharibəsinə cəlb edilməsi prosesini aparır və bunu gizlətməyə ehtiyac belə duymur.
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...













.jpg)
















.jpg)



.jpg)

