Nida Təhlil
SEPAH Ərbildə niyə “Vaşinqtonu vurdu?”
ABŞ-ın Ərbildəki konsulluğu və bazasına endirilən raket zərbələrinə görə məsuliyyəti SEPAH üzərinə götürdü: bu, Ukraynada müharibə fonunda ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiya neftinə alternativlər axtarışı fonunda diqqət çəkir;
Düz məntiqlə ABŞ-Rusiya qarşıdurması İran üçün nüvə danışıqlarında və enerji resurslarına qoyulan embarqonun ən azı azaldılmasında sərfəli görünür. Belə bir anlaşmanın olmaması iki ölkənin marağına uyğundur:
- İsrail nüvə danışıqlarına, ümumiyyətlə ABŞ-İran anlaşmasına qarşıdur;
- Rusiya enerji kartının İranla əvəzlənməsini, Tehran-Vaşinqton xəttində tramplinlərin azalmasını istəmir;
Hücumda iki ölkənin bu və ya digər formada izinin olmasına dair konspriloji versiya da irəli sürmək olar, hərçənd, Vaşinqton-Tehran razılaşmasının vacib nöqtəsi olan Vyana danışıqları Rusiya və İsrailin istədiyi şəkildə yenidən dalana dirəndi.
Masada tərəflədən biri olan Rusiya razılaşmaya əlavə müddəanın daxil edilməsini istəyir: Moskvaya qarşı sanksiyalar Rusiyanın İranla iqtisadi və hərbi əlaqələrini əhatə etməməlidir;
İran anlaşmanın olmamasını ona qarşı sanksiyaların bir qisminin saxlanılması ilə əlaqələndirir: mümkündür ki, Tehran ABŞ-Rusiya qarşıdurmasında yaranmış fürsətlərdən maksimum istifadə etməyə çalışır;
Bu baxımdan, baş tutmayan danışıqlardan sonra SEPAH-ın hücumunun iki mümkün səbəbi var:
Birincisi, İran daxilində fikir ayrılığıdır: istisna deyil ki, Rusiyaya qarşı mübarizədə İran neftinə ehtiyacı olan Vaşinqton Vyanada razılıq əldə edilməyən Tehranla birbaşa danışıqlara başlasın və ABŞ-la münasibətləri qarşı olan qüvvələr bu ssenarini sıradan çıxarmaq niyyətindədir;
İkincisi, diqqətin İranın nüvə proqramından yayındırılmasıdır: ötən ilin sentyabrında MAQATE-nin mediaya sızan məxfi məlumatlarında Tehranın uranı lazım olan həddə qədər zənginləşdirməsi üçün bir ildən az müddət lazım olduğu qeyd olunurdu; mümkündür ki, belə qarşıdurma zaman qazanmağa da hesablanıb;
-
Magazin220:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq




































.jpg)


