Nida Təhlil
Xankəndidə yaranan qaz problemi: iddialar və gerçəklər
Qarabağda qaz xəttində baş verən qəza nəticəsində erməni əhalisinin qaz təchizatının dayanmasından sonra Ermənistan məsələni humanitar şouya çevirməyə cəhd edir. Ermənistan rəsmiləri, o cümlədən, erməni diasporu qəzanı Azərbaycan tərəfinin törətdiyi iddiasını tirajlayır, beynəlxalq ictimaiyyətin məsələyə müdaxiləsinə çalışırlar. Halbuki, qaz təchizatının verilməsində problemin yaranmasının səbəbləri ortadadır:
Birincisi, qaz xətlərində texnogen qəzalar bütün dünyada adi haldır və Qarabağda baş verən qəza da bunlardan biridir;
İkincisi, baş verən problemin aradan qaldırılmasından sonra yenidən yaranması bölgənin hava şəraiti ilə bağlıdır: Xankəndi dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşir, belə ərazilərdə hava şəraiti bu cür problemlərin intensiv yaranmasına səbəb olur;
Üçüncüsü, hazırda respublikanın digər bölgələrində də daha şəraitinə görə qaz verilişində texniki problemlər yaranıb və qarın yağması qəzaların aradan qaldırılmasını çətinləşdirir: Xankəndinin qaz təchizatında yaranan problemin səbəbi də məhz yağan qardır;
Mövcud mənzərə göstərir ki, Azərbaycanın digər bölgələrində də məhz hava şəraitinə görə belə qəzalar yaşanır, yaxud dəniz səviyyəsində çox yüksəklikdə yerləşən ərazilərə qaz xətlərinin çəkilməsində çətinliklər olur. Misal üçün, Bu gün respublika üzrə qazlaşdırma 97-98 faiz olsa da, Gədəbəy və Lerik kimi rayonlarda hələ də qaz təchizatı problemi mövcuddur. Həmin rayonlar dəniz səviyəsindən 1500-dən artıq yüksəklikdədirlər və qaz xətlərinin çəkilməsi olduqca ağır məsələdir. Analoji vəziyyət Qarabağ bölgəsində də yaşanır.
Digər tərəfdən, Xankəndinin qaz təchizatında problemlər işğal dövründə də yaşanıb. Eyni problem yenə davam edir. Bu baxımdan, hazırda qaz təchizatı məsələsində problemlərin yaranmasında müəmma axtarmaq düzgün deyil. Bunu axtaranların da məqsədi bəllidir:
- Qarabağdakı separatçı-terrorçu rejim yaranmış vəziyyətə görə erməni əhalisinin narazılığını Azərbaycana qarşı yönəldir və bununla diqqəti üzərlərindən yayındırırlar;
- Azərbaycanı ittiham etməklə bölgədə birgəyaşayış perspektivinin olmadığını göstərməyə, bununla öz mövcudluqlarını saxlamağa çalışırlar;
Bu “humanitar şouya” dəstək verənlərin sərgilədiyi mövqe isə ikiüzlülükdür. Çünki işğal dövründə ermənilər bölgədə dəhşətli ekoloji terror tərədiblər. Sərsəng su anbarı ilə bağlı etdikləri belə nümunələrdən biridir: su anbarından gələn suyu yayda bağlayır, qışda açırdılar və beləliklə azərbaycanlıların məhsulunu məhv edirdilər. Bununla yanaşı, çayları çirkləndirir, meşələri məhv edirdilər.
AŞPA-nın 2015-ci ildə Sərsəng su anbarı ilə bağlı qəbul etdiyi “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə ermənilərin ekoloji terrorun beynəlxalq aləmdə təsdiq edilən sübutlarındandır. Lakin indi təbii hallara görə baş verən qəzadan danışanlar, Ermənistanı müdafiə edənlər ermənilərin törətdiyi ekoloji terrorlar zamanı susurdular.
Bütün bunlarla yanaşı, Qarabağda baş verən hansısa məsələnin Ermənistana aidiyyəti yoxdur. Çünki bura Azərbaycan ərazisidir və orada Rusiya sülhməramlıları yerləşir. Ermənistan da Azərbaycan əraziləri ilə bağlı iddialara, açıqlamalara son qoymalıdır. Bu, bölgədə sülhün və sabitliyin gələcəyinə də risklər yaradır.
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək