Nida Təhlil
Əliyevin uzaqgörənliyini əks etdirən iki müsahibə - Bakı hədəflərinə çatır
Prezident İlham Əliyevin İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi səsləndirilən fikirlərdən öncə başqa bir məqam fonunda da maraq doğurdu: Azərbaycan lideri ötən ilin dekabr ayında eyni qəzetə müsahibə vermişdi və bu, Brüssüldə üçtərəfli görüşdən dərhal sonra olmuşdu, həmin vaxt Brüssel formatının başlanğıcı idi; İlham Əliyev eyni qəzetə növbəti müsahibəsini yenə Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra verir;
Bir il ərzində baş verən bu iki məqam Prezidentin ilk müsahibəsində dediyi fikirlərə və bu fikirlərin ötən müddətdə baş verən proseslərdə necə əksini tapmasına, proqnozların özünü doğrultmasına, eləcə də iki müsahibənin verilməsi aralığındakı dövrdə nail olunan hədəflərə diqqət çəkdi.
Əldə olunan nəticələr
Mina xəritələri: Prezident ötən il “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirdi ki, Brüsseldə mina məsələsi xüsusilə müzakirə olunub və problemin həlli razılaşdırılıb. Ötən müddətdə rəsmi Bakı atdığı addımlarla Ermənistanı mina xəritələrini verməyə məcbur etdi, o cümlədən, azad olunmuş ərazilərin minalardan təmizlənməsi istiqamətində ciddi irəliləyişə nail oldu. Bu, Azərbaycan liderinin azad olunmuş ərazilərin bərpası strategiyasında prinsipial mövqelərindən biri idi və buna böyük ölçüdə nail olunub.
Avropa İttifaqının maliyyə məsələsində Azərbaycana qarşı haqsızlığı aradan qaldırması: Aİ Ermənistana 2,6 milyard, Azərbaycana isə 140 milyon dollar maliyyə ayırmışdı, Prezident İlham Əliyev buna sərt etiraz etdi.
“Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Eyni zamanda, bizim hesablamalara görə orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Beləliklə, bu, çox təəccüblüdür və bu paket elan edildikdən sonra, Prezident Mişelin bu yay Azərbaycana səfərindən sonra biz bu mövzunu daim müzakirə edirik. Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik”, - Prezident ötən il müsahibəsində bu haqda bildirirdi.
Aparılan siyasət nəticəsində bu mövqeyi qəbul olundu və 2022-ci ilin fevralında Aİ Azərbaycana 2 milyard avro həcmində maliyyə paketi ayırdı.
Minsk qrupunun “dəfni”: müharibədən sonra Bakının əsas siyasi xətlərindən biri də münaqişənin mövcud olduğu dövrdə heç bir nəticə əldə etməyən bu formatın ləğv edilməsinə yönəlib. Prezident İlham Əliyev də müsahibəsində Minsk qrupunu ciddi şəkildə tənqid etmiş, postmünaqişə reallıqlarına bu formata ehtiyac olmadığını vurğulamışdı. Ötən müddətdə Minsk qrupu formatının sıradan çıxması ilə bağlı ciddi irəliləyişlər olub, formatla bağlı hələ də müəyyən cəhdlər edilsə də, yeni reallıqda bu cəhdlər nəticəsiz qalır.
Enerji sektoru: dövlət başçısı Avropanın enerji bazarındakı vəziyyəti düzgün təhlil edərək, Azərbaycanın ixracın həcmini artırmaq imkanlarından bəhs etmişdi. Bu il artıq bununla bağlı mühüm razılaşmalar əldə olunub. Dövlət başçısı “İl Sole 24 Ore” qəzetinə sonuncu müsahibəsində vurğulayıb ki, neft və qaz layihələrini tam həyata keçirən Azərbaycan indi elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəni icra edir.
Prinsipial mövqeyin davam etməsi və nəticəsi
Azərbaycan lideri Ermənistanla münasibətlərin normallaşması, kommunikasiya layihələrinin icrası, Cənubi Qafqazın gələcəyinə dair ötən ilki müsahibəsində səsləndirdiyi fikirləri sonuncu müsahibəsində də qeyd etdi: sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması və digər məsələlər;
Artıq ötən ilin dekabrında baş tutan ilk Brüssel görüşündən keçən müddətdə Ermənistan sülh sazişini imzalamaq məsəlsində razılaşmağa məcbur olub və bu, Azərbaycan liderinin uğurlu siyasətinin bəhrəsidir.
- Ermənistanın yeni reallıqla razılaşması üçün iki ilə qədər müddət lazım oldu: bu müddətdə Əliyevin həyata keçirdiyi strategiyası İrəvanın reallıqla barışması ilə nəticələnib;
- Sülh sazişinin mətninin hazırlanması ilə bağlı bir ay ərzində işçi qrupu yaradılacaq;
- Ermənistan tərəfi eyni iradəni nümayiş etdirərsə, sülh sazişi bir neçə ay ərzində imzalana bilər;
Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər proseslərin bu yöndə getdiyini deməyə əsas verir.
Azərbaycan lideri eyni zamanda əsas hədəflərdən birinin Zəngəzur dəhlizinin açılması olduğunu bəyan edib. Ötən il eyni qəzetə verdiyi müsahibəsində bu məsələyə toxunan Prezident İlham Əliyev son müsahibəsində qeyd edir ki, “Azərbaycan, Ermənistan və digər qonşularımızı birləşdirən infrastrukturun yaradılması məsələsi müharibənin bitməsindən sonra imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Azərbaycan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb. Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Biz elektrik stansiyaları tikmişik və elektrik xətləri çəkmişik. Avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edirik. Bütün işlər gedir və biz bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmürük. Bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib”.
Bu, bir daha Prezident İlham Əliyev uzaqgörənliyini və hadisələri təhlil edərək, proqnozlaşdırmaq qabiliyyətinin nə qədər yüksək olduğunu, eyni zamanda, Azərbaycanı hədəflərinə doğru inamla aparan siyasət həyata keçirdiyini təsdiq edir.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO