Nida Təhlil
İrana qarşı sanksiyalar yumşaldılsa, neftin bareli 65 dollara düşə bilər – Ekspert
Neftin dünya bazar qiyməti bir gündə 7 faizdən çox ucuzlaşıb. Bir gün öncə bareli 94,0 dollara satılan Brent markalı neft indi 88,0 dollardan ucuz təklif olunur. Avqustun son iş həftəsinin ilk günü ilə müqayisədə isə neft 17 faizdən çox dəyərsizləşib. Neftin qiymətindəki son azalmalar qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlıdır.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.
O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4,1 faizdən 2,9 faizədək azaldılıb: “Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4,0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2,8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır”.
Vüqar Bayramov bildirib ki, dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çin iqtisadiyyatında gözlənilən artımlara nail olmaqda çətinlik yaradır. Hazırda Çində 65 milyon insan sərt karantin rejimində yaşayır.
Milli Məclis üzvü deyib ki, bu arada Qərbin İranla danışıqları daha da intensivləşib: “İrana qarşı sanksiyaların yumşalacağı halda gələn ilin ikinci yarısı neftin bir barelinin qiymətinin 65,0 dollaradək ucuzlaşacağı istisna edilmir. Bütövlükdə qlobal durğunluq, bazara daha çox neftin çıxarılması kimi proseslər neft bazarı üçün nikbinlik vəd etmir”.
Vüqar Bayramovun sözlərinə görə, təbii ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir: “Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər”.
Səxavət Həmid
-
Magazin106:46Həyat yoldaşından Rəvan Qarayevə qadağa
-
Cənubi Qafqaz03:43Ermənistanda NATO ilə birgə təlimlər başlayır
-
Magazin202:42Cennifer Lopez 20 illik illüziyanı dağıtdı - tamamilə fərqlənir
-
İdman01:41Mbappe yeni rekorda imza atdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Xırda mübahisələr böyüyə bilər
-
Sosial16 İyun 23:36Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu
-
Sağlamlıq16 İyun 22:48Mükəmməl səhər yeməyinin FORMULU AÇIQLANDI
-
Magazin116 İyun 21:36Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı





































