Nida Təhlil
UNESCO-nun bu LAQEYDLİYİ ciddi NARAHATLIQ doğurur – MÖVQE
Azərbaycan o ölkələrdəndir ki, UNESCO-nun apardığı siyasətə digər dövlətlərin mütləq çoxluğu ilə müqayisədə daha çox dəstək verir. Xristian irsinin mühafizəsində, bərpasında Azərbaycanın gördüyü işləri və verdiyi dəstəkləri qeyd etmək yetərlidir. Bununla belə həqiqətən də narahatedicidir ki, Azərbaycanın mənəvi dəyərlərə daha çox dəstək verən ölkə olmasına baxmayaraq UNESCO rəhbərliyinin Azərbaycana münasibəti reallığa uyğun deyil, bir çox hallarda adekvat olmur. Hətta ikili standartlar çərçivəsində özünü göstərir.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.
Onun sözlərinə görə, daha pisi ondan ibarətdir ki, Azərbaycanın əsaslı problemlərinə laqeyd yanaşılır: “Məsələn, hələ Ukraynada müharibənin nə ortası, nə də axırıdır. Ancaq artıq UNESCO-nun missiyası Ukraynada işləyir. Ukraynanın müharibə nəticəsində məhv edilən irsinin müdafiəsi ilə bağlı hesabatlar tərtib olunur, Ukraynaya yardımlar edilir. Əvəzində Azərbaycan 30 illik təcavüz dövründə bu nöqteyi-nəzərdən UNESCO-dan tam laqeydlik gördü. Məsələn, Azərbaycan 30 il ərzində bir neçə dəfə UNESCO-nun missiyasının bölgəyə gətirilməsinə çalışsa da buna nail olmadı. UNESCO açıq şəkildə bundan imtina etdi. Hətta müharibə günlərində Azərbaycan belə bir çağırışla müraciət etsə də UNESCO yenə məhəl qoymadı. Ancaq Ermənistan guya müharibə nəticəsində və Azərbaycanın azad etdiyi ərazilərdə ermənilərin olmayan maddi-mənəvi irs nümunələrinin məhv edildiyi iddiası ilə hay-küy qaldıranda UNESCO-dakılar hərəkətə keçdilər. Onda Azərbaycana və Ermənistana missiya göndərmək barədə müzakirələrə başladılar. O zaman Azərbaycan haqlı sualla müraciət etdi ki, nə əcəb 30 ildə Azərbaycanın çağırışlarına, özü də əsaslı çağırışlarına məhəl qoymayaraq bölgəyə gəlməkdən imtina etdiniz, amma bu gün Ermənistanın yalan və əsassız çağırışlarına cavab olaraq belə bir missiyanın göndərilməsi üçün çalışırsız. Azərbaycan azad olunmuş ərazilərdə heç bir erməni maddi-mənəvi irsinin qəsdinə durmayıb, nəinki o ərazilərdə, hətta Bakıda erməni-xristian irsini qorumaq üçün Azərbaycan dövləti ildə filan qədər vəsait ayırır”.
Aydın Quliyev digər bir fakta da diqqət yönəldib: “Bu ilin fevralın 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilən videokonfrans vasitəsilə müzakirədə Azərbaycan Prezidenti məsələ qaldırdı ki, bölgəyə UNESCO-nun missiyası çağırılsın. Baxsınlar ki, Azərbaycan nəyi “məhv edir”, Ermənistan nələri məhv edib. Ancaq çox təəssüf ki, Ermənistan o vaxtdan indiyədək UNESCO-nun missiyasını qəbul etmək istədiyi barədə konkret mövqe bildirməyib. Təəssüf ki, UNESCO da bunu Ermənistana irad tutmayıb. Bax, bütün bunlar UNESCO-nun Azərbaycanla bağlı məsələlərin həllinə nə qədər ikili standartlar çərçivəsində davrandığını sübut edən tutarlı faktlardır”.
Bununla belə politoloq qeyd edib ki, Azərbaycan UNESCO ilə əməkdaşlıqdan yenə də imtina etmir və qapıları UNESCO missiyasının üzünə açıq saxlayır.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan ziyalıları və QHT nümayəndələri UNESCO-ya ayrı-ayrılıqda müraciət etsələr də bu müraciətə indiyədək cavab verilməyib. Politoloq bu məsələ ilə bağlı deyib ki, ziyalıların və QHT nümayəndələrinin müraciətinin tematikası fərqli olsa da eyni dəyərlərin müdafiəsinə yönəlmişdi: “Təəssüf ki, bunlara da lazımi reaksiya olmadı. Məsələn, qədim İrəvanın Təpəbaşı məhəlləsinin ermənilər tərəfindən məqsədli şəkildə məhv edilməsi ilə bağlı QHT nümayəndələri və ziyalılar UNESCO-ya müraciət etsələr də bu günədək təşkilatdan əhəmiyyətli bir tərpəniş yoxdur. Sadəcə şəxsən mənim məlumatım bundan ibarətdir ki, məsələ müzakirə səviyyəsindədir, amma müzakirədə hansı qərarın qəbul oluna biləcəyi ilə də bağlı hətta konkret bir təzahür yoxdur. Ona görə ziyalıların və QHT nümayəndələrinin də müraciətinə UNESCO-nun belə laqeyd yanaşması ciddi narahatlıq doğuran faktdır”.
Xatırladaq ki, UNESCO Ermənistanda Azərbaycan xalqının məhv edilən milli-mədəni, tarixi irsinə biganə münasibət bəsləməkdə davam edir. Müxtəlif xarici ölkələrdə, elə bu yaxınlarda Ukraynada UNESCO-nun genişmiqyaslı iş aparmasına, ardıcıl hesabatlar hazırlanmasına, maliyyə dəstəyi ayırmasına baxmayaraq, Azərbaycana qərəzli münasibət göstərilir, Azərbaycan ziyalılarının müraciətinə cavab verilmir.
Səxavət Həmid
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO