Nida Təhlil
Azərbaycan qazı Ermənistanda: TARİX və BU GÜN
12 fevral 1960-cı ildə İrəvanın mərkəzində yerləşən Lenin meydanında (indiki Respublika meydanı) böyük təntənəli mərasim olub: minlərlə insan Qaradağ-Ağstafa-İrəvan qaz kəmərinin tikintisinin başa çatmasını qeyd edib.
Publika.az xəbər verir ki, qaz kəmərinin tikintisi çətin coğrafi şəraitdə baş tutub. Hündürlüyü 2200 metr olan Semyonovka aşırım hissəsi xüsusilə çətin olub. Qaz kəmərinin tikintisində 35 min ton polad borudan istifadə olunub.
Lenin meydanının mərkəzində hündürlüyü 27 metr olan metal şam qoyulub, mərasimin əvvəlində onun üzərində mavi qaz alovu yandırılıb. Tədbirdə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Suren Tovmasyan (Suren Akopoviç Tovmasyan 1953-cü ilin noyabrından 1960-cı ilin 28 dekabrınadək Ermənistan KP MK-nın birinci katibi, başqa sözlə desək Ermənistan SSR-in rəhbəri olub), Ermənistan SSR Nazirlər Sovetinin sədri Anton Koçinyan, partiya rəsmiləri, qaz kəmərinin tikintisinin iştirakçıları iştirak ediblər.
İrəvanda yerləşən S.M.Kirov adına zavodun direktoru Bədəl Muradyan Azərbaycan qazının əhəmiyyətindən danışaraq bildirib ki, onların müəssisəsi qazın verilişini səbirsizliklə gözləyirdilər. “Bu gözəl xammalın olması respublikanın kimya sənayesinin daha da sürətli inkişafına töhfə verəcək, sintetik materialların istehsalını genişləndirməyə imkan verəcək”, - deyə o bildirib.
Açılış mərasimində bildirilib ki, qaz kəmərinin çəkilməsində məqsəd təkcə sənaye müəssisələrinin məhsuldarlığını artırmaq deyil, həm də İrəvan sakinlərini məişət qazı ilə təmin etmək idi. Eyni zamanda təbii qazdan elektrik enerjisi almaq üçün istifadə olunacaq və bu da Sevan (Göyçə) gölünün su sərfini qismən azaldacaq.
***
Ermənistanla Azərbaycan arasında sülh gündəliyi üzrə müzakirələrin aparıldığı bir vaxtda bu mövzuya müraciət etməyimiz səbəbsiz deyil. Hazırda iki ölkə arasında heç də asan olmayan danışıqlar aparılır. Azərbaycan Ermənistana 5 maddədən ibarət təkliflər təqdim edib. Beynəlxalq hüquqa uyğun olan bu təkliflər Ermənistan tərəfindən qəbul olunub. Bundan daha öncəki mərhələdə – 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə isə Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması öz əksini tapıb. Azərbaycan Prezidentinin Praqada ölkə jurnalistlərinə müsahibə zamanı dediyi kimi bu məsələnin sülh danışıqları ilə birbaşa bağlılığı yoxdur. Kommunikasiyalar artıq açılmalı idi. Zəngəzur dəhlizinin açılmasından, iki ölkə arasında əlaqələrin, o cümlədən iqtisadi əlaqələrin qurulmasından qazanclı çıxacaq tərəflərdən biri də Ermənistandır. Ermənistan Azərbaycan üzərindən öz mallarını Orta Asiya və Uzaq Şərq bazarlarına çıxarmaq imkanları əldə edəcək. Həmçinin sərt keçidlər üzündən gediş-gəlişin çətin olduğu İranla sərhədi Megri rayonundan deyil, Naxçıvandan keçə biləcək. Buradan isə Fars körfəzi ölkələrinin bazarlarına çıxa biləcək. Bunu Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli komissiyasının Rusiya tərəfdən həmsədri, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk müsahibələrində dəfələrlə bildirib.
Ancaq Azərbaycan bundan öncəki dövrdə – 1990-cı illərin ortalarından ta Vətən müharibəsinə qədər Ermənistana dəfələrlə jestlər edib. Azərbaycan vaxtilə işğala son qoyulması müqabilində müxtəlif iqtisadi və kommunikasiya layihələrinin Qərbə Ermənistan üzərindən çıxışını təklif edib. Bura Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars kommunikasiya xəttinin çəkilməsini aid edə bilərik. Separatçı şəxslərin rəhbərlik etdikləri Ermənistan hökumətləri hər dəfə bu təkliflərə qarşı çıxıblar. Onlar bununla erməni xalqının maddi rifah halının yaxşılaşmasına qarşı olublar, onların yaxşı yaşamaq imkanlarını əllərindən alıblar. Bir növ erməni xalqını özlərinin xəbis niyyətlərinə qurban veriblər. Ancaq Azərbaycan Ermənistanla hər zaman dinc, mehriban qonşuluq siyasətinə üstünlük verib, Azərbaycanda heç bir hakimiyyət heç vaxt etnik ermənilərə qarşı nifrəti qızışdırmayıb, necə deyərlər odun üzərinə yağ əlavə etməyib. Azərbaycanın tolerant münasibəti sayəsində sovet dövründə də, bu gün də minlərlə erməni mənşəli vətəndaş ölkədə dinc yaşamaqdadır. Bu gün də Qarabağda yaşayan etnik ermənilərin mavi yanacağı Azərbaycanın hesabına təmin olunur.
Azərbaycanın Vətən müharibəsindən sonrakı dövrdə yeni səhifə açmaq çağırışları xalqın tolerant münasibətindən, onun böyüklüyündən, bağışlamağı bacarmağından irəli gəlir. Azərbaycan məqalənin girişində qeyd etdiyimiz kimi hələ sovet dövründə, bəşər tarixinin ən dağıdıcı müharibəsinin başa çatmasından cəmi 15 il sonra qonşu Ermənistana qucaq açıb, onun sənayesinin inkişafı, həmçinin insanların istehlakı üçün özünün mavi yanacağını ona təklif edib. Bəlkə də bunu pulsuz və ya simvolik məbləğ müqabilində edib. Axı heç kim üçün sirr deyil ki, həmin dövrdə hər iki respublika vahid ittifaqın tərkibində idi və respublikalar arasında alqı-satqı formal xarakter daşıyırdı.
Bir məqamı da xüsusi vurğulamaq yerinə düşər: Azərbaycan Ermənistana o illərdə mavi yanacaq verirdi ki, həmin illərdə onun əksər yaşayış məntəqələri, kənd və qəsəbələri, şəhər və rayonları qazlaşdırılmamışdı…
Səxavət Həmid
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO