Nida Təhlil
Putinin “Valday”da Qarabağla bağlı açıqlaması nəyə hesablanıb?
Rusiya Prezidenti Vladimir Putin “Valday” Klubunda çıxışı zamanı Azərbaycan-Ermənistan qarşıdurması ilə bağlı böyük bir kontekstin üzərinə gəldi. Rusiyanın uzun illər Ermənistana iki rayon istisna olmaqla, beş rayonu Bakıya verməklə Qarabağ probleminin həllini təklif etdiyini söyləyib. Amma Kəlbəcər və Laçın guya Ermənistanla Qarabağda yaşayan ermənilər arasındakı təmasları saxlamaqdan ötrü vacibdir və statusu sonra müəyyən edilə bilər. Faktiki olaraq Ermənistan bu plandan imtina edərək Rusiyanın sözünü həm yerə salıb, həm də özünün problemini dərinləşdirib”.
Bunu Publika.az-a politoloq Tofiq Abbasov Rusiya prezidenti Vladimir Putinin “Valday” Klubunda Qarabağla bağlı açıqlamasını şərh edərkən deyib.
Politoloq qeyd edib ki, Putin açıqlaması ilə ermənilərə bunları çatdırdı: Ermənistan həm bizim müttəfiqimizdir, həm tərəfdaşımızdır, həm də qonşumuzdur və biz münasibətlərimizi gücləndirmək niyyətindəyik.

“Ermənsitanın daxilində hazırda Rusiyaya qarşı fobiyalar, nifrət siyasəti gündən-günə güclənir. Onların əsas dəlili ondan ibarətdir ki, guya Qarabağ müharibəsində Rusiya onlara dəstək verməyib. Ermənilər başdan-ayağa yalan və saxtakarlıqdan formalaşmış bir məntiq irəli sürürlər. Çünki, Birinci Qarabağ müharibəsində biz gördük ki, Rusiya onlara kömək edirdi. Pskovun desant qüvvələrinin hamısı döyüşlərdə Ermənistan tərəfindən iştirak edirdi. “Goranboy batalyonu”nun əhvalatında onlar məhz aparıcı rol oynamışdılar. Rusiyalı jurnalist Vladimir Nevzorov bu barədə həm kitabında yazıb, həm də açıq etiraflar edib”.
Ermənilər məkrli və ələbaxan millət olduğunu söyləyən T.Abbasov hesab edir ki, Rusiya ermənilərə nə vaxtsa kömək edib, indi də Putin onlara öz məsələlərini özlərinin həll etməli oldğunu bəyan edib:
“Bu kontekstdə Putinin qeyd edir ki, erməni xalqı nəyi seçirsə, nəyə üstünlük verirsə, onu da dəstəkləyəcəyik. Ermənilərdə hazırda haçalanma gedir, onların təfəkkürü demək olar ki, parçalanır. Misal üçün, Kreml onlara deyir ki, Azərbaycanla dil tapın, tez bir zamanda sülh müqaviləsini imzalayın. Onlar bu çağırışı heç sayırlar. Amma Vaşinqton və Brüssel də eyni çağırışı edir, ermənilər də deyirlər ki, “biz bunu düşünürük, sağlam yanaşmadır”. Əslində, müxtəlif tərəflər eyni şeyi deyir. Hər kəs sülh istəyir. Aİ üçün də vacibdir ki, Cənubi Qafqazda tezliklə davamlı sülh və sabitlik olsun, onların maraqları genişlənsin, Mərkəzi Asiyaya buradan münasibətlər açılsın, gediş-gəliş olsun, kommunikasiyalar işləsin.
İrəvandan fərqli olaraq taleyüklü bütün qərarlarımız Bakıda qəbul edilir, ölkəmizin siyasi rəhbərliyi var, Prezident İlham Əliyev mərkəzləşmiş siyasət yürüdür. Ancaq onların qərarları İrəvanda hasil olmur, Parisdə, Vaşinqtonda, Nyu-Yorkda, Los Ancelesdə, Brüsseldə verilir. Dövlətin bütün işlərinə qarışan diaspor təşkilatları hərdən bir əllərini cibinə salıb Ermənistana yardım göstərirlər, sponsorluq edirlər. Ona görə də onların sözü keçərlidir. Baş nazir Nikol Paşinyan da açıq etiraf edə bilmir ki, mən ölkədə müstəqil siyasət aparmaq imkanına malik deyiləm. Bu səbəbdən də Vladimir Putin deyir ki, siz özünüz seçim edin, biz ona “hə” deyək. Sizə lazım olan nədir? “Sülh olsun” deyirsinizsə, biz də “olsun” deyirik”.
Akqabay Mıradov
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...













.jpg)
















.jpg)



.jpg)

