Nida Təhlil
İstanbul terrorunun hədəfi: altı il sonra Türkiyəyə kimlər hücum edir?
İstanbulda 6 il sonra yenidən terror aktı törədildi: bu məqam hücumun arxasında hansı güclərin olduğuna, hansı hədəflərə hesablandığına dair müəyyən ehtimalları önə çıxarır.
2016-cı ilin son günü, 2017-ci ilə keçən gecə İstanbulda törədilən "Reina" terror aktı dəhşətli olması ilə yanaşı, Türkiyədə xüsusilə böyük şəhərlərdə təşkil edilən terror hücumlarının sonuncusu idi. Buna qədər İstanbul da daxil olmaqla böyük şəhərlər davamlı şəkildə terror hücumları ilə üzləşirdi.
"Reina"dan sonra terror hücumlarının səngiməsi, təkcə Türkiyənin təhlükəsizlik tədbirləri ilə bağlı deyil, həm də geosiyasi səbəblərdən qaynaqlanırdı. Burada zamana diqqət etməliyik:
- ABŞ-da demokratların hakimiyyətdə olduğu dövrdə Türkiyə davamlı şəkildə terror hücumlarına məruz qalırdı;
- "Reina" terroru demokratların gedişi, respublikaçıların gəlişindən öncə sonuncu akt idi;
- Respublikaçıların ABŞ-ı idarə etdiyi dövrdə - 2016-2020-ci illərdə Türkiyəyə qarşı terror hücumları da arxa plana keçdi;
!Oval kabinetdə kimin əyləşməsinin terrorla nə əlaqəsi var" sualı yarana bilər. Hərçənd, biz demokratlara və respublikaçılara qlobalçılar (demokratlar) və millətçilər (respublikaçılar) olaraq baxdıqda, müəyyən nəticəyə gəlmək olur.
Qlobalçıların (demokratlar) terror təşkilatlarından siyasi hədəflərinə nail olmaq üçün istifadə etdiyinə dair kifayət qədər məlumat, iddia var. Bunu millətçilər (respublikaçılar) də zaman-zaman dilə gətirib, hətta Tramp bu haqda daha açıq danışırdı.
Qlobalçıların ABŞ-da hakimiyyətə dönüşündən sonra İstanbulda 6 il öncəki ssenari üzrə yenidən terror hücumunun edilməsi diqqətdən qaçmayan detaldır. Terrorçunun ABŞ-ın Suriyada, həm də bölgədə əsas müttəfiqi hesab etdiyi PYD/YPG üzvü olması təsadüfi deyil.
Hədəfin, daha çox seçkiyə hazırlaşan Türkiyənin daxili siyasətinə yönəldiyi, ictimai rəyi Ərdoğana qarşı yönəltməyə hesablandığı ehtimalı ön plandadır.
Asif Nərimanlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































