Nida Təhlil
Əliyevin Albaniyaya səfəri: münasibətlərimiz yeni mərhələyə qədəm qoyur
“Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniyaya dövlət səfərinə gəlib. Son illərdə Albaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı müşahidə edilir. 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 11 dəfə artaraq 4 milyon 951 min dollara çatıb. Bu ilin ilk 9 ayında isə ölkələr 1 milyon 456 min dollarlıq ticarət həyata keçiriblər”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, ölkələr arasında ticarət potensialı daha yüksəkdir və Azərbaycan Prezidentinin səfərindən sonra münasibətlərin yeni mərhələyə qədəm qoyacağı gözlənilir.
V.Bayramovun sözlərinə görə, Albaniya Azərbaycan mavı qazını almaq istəyən ölkələrdəndir. Gözlənilir ki, ölkələr arasında yeni enerji əməkdaşlığı formalaşacaq və Azərbaycan Avropada ittifaqa üzv olmayan dövlətlərin də enerji təhlükəsizliyinə xüsusi töhvə verəcək:
“Albaniya TAP kəməri vasitəsi ilə Azərbaycan qazını idxal etmək imkanına malikdir. Azərbaycan bu il Avropaya 11.5 milyard kubmetr mavi qaz nəql etməyi planlaşdırır. 2026-cı ilədək “qoca qitəyə” mavi qaz nəqlinin 2 dəfə artırılması nəzərdə tutulur”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin son səfəri iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirməklə yanaşı, Azərbaycanın regional enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu da artıracaq.
Akqabay
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)





























.jpg)
.jpg)