"Fransa Senatı Avropa İttifaqının dəyər və prinsiplərini tapdalayıb" - RƏY
Bizi izləyin

Nida Təhlil

"Fransa Senatı Avropa İttifaqının dəyər və prinsiplərini tapdalayıb" - RƏY

"Fransa Senatında Azərbaycan əleyhinə qətnamə layihəsinin qəbul edilməsi rəsmi Parisin bir daha beynəlxalq hüququn əsas prinsiplərini heçə saydığını, BMT Təhlükəsizlik Şurasının üzvü kimi sülhün təmin edilməsi və qorunması öhdəliyinə sadiq qalmadığını göstərdi".

Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

O bildirib ki, Fransa Senatı, Prezident Emmanuel Makronun hökuməti ermənilərin separatçılıq, Azərbaycana qarşı ərazi iddialarını birbaşa və dolaysı ilə dəstəkləməklə Helsinki Yekun Aktında əks olunan suverenlik, ərazi bütövlüyü prinsiplərinə qarşı çıxıb.

Z.İbrahimli vurğulayıb ki, Fransa Avropa İttifaqının xarici siyasət, dəyər və prinsiplərini tapdalayıb.

Ekspert xatırladıb ki, Avropa İttifaqı Şurasının 11 may 2020-ci il tarixli yekun qərarında "Şərq Tərəfdaşlığı" məkanının fəaliyyətinin əsaslarını müəyyən edən ortaq öhdəliklər sırasında Helsinki Yekun Aktı və ATƏT-in Paris Xartiyasında əks olunduğu kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla beynəlxalq nizama əsaslanan qaydalar təsbit olunub.

"Hazırda Fransa Senatında təmsil olunan siyasi qüvvələr və Makron hökuməti sırf öz korporativ siyasi maraqlarına görə erməni diasporunun, lobisinin siyasi proseslərdə maliyyə və siyasi dəstəyini almaq üçün beynəlxalq hüquqdan yaranan öhdəliklərini pozublar. Faktiki olaraq aparıcı siyasi qüvvələr, Makron administrasiyası erməni lobbisiniin təsiri altındadır və Azərbaycana münasibətdə milli maraqları yox, ermənilərin maraqlarını əsas tuturlar", - siyasi icmalçı söyləyib.

Onun fikrincə, faktiki olaraq Fransanın maraqları, Azərbaycanla münasibətlərdə bu vaxta qədər əldə olunan uğurlar, təcrübə ermənilərə satılır: "Korporativ maraqlara görə ermənilərin separatçı təşəbbüslərinin dəstəklənməsi Fransanın bütün dünyada nüfuzuna ciddi zərbə olacaq və ermənilərin sepratçılığının səbəb olacağı hər hansı xoşagəlməz hallar rəsmi Parisin məsuliyyətini də gündəliyə gətirəcək. Bu cür addımlarla Fransa sülh təşəbbüslərini və gündəliyini zədələyir, bütün Cənub Qafqazda sülh və sabitliyə təhdidləri gücləndirir, Avropa İttifaqının, ABŞ-ın vasitəçilik səylərinə mane olur. Ermənsitanda revanişist qüvvələr, şovinis-millətçi qüvvələrə dəstək verməklə sülh danışıqlarına ciddi təhdid yaradır. Bu baxımdan Fransa birmənalı şəkildə sülh danışıqlarından kənarlaşdırılmalıdır".

Politoloq deyib ki, artıq rəsmi Paris Bakı və İrəvan arasında vasitəçi ola bilməz: "Senatda Azərbaycan əleyhinə qəbul olunan qətnamə layihəsi də bunu isbatlayır. Çünki Fransa ölkəmizə münasibətdə qərəzlidir və ermənilərin maraqlarından çıxış edir. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə görə vasitəçi neytral olmalı, ilk növbədə özü beynəlxalq hüquq prinsiplərinə əməl etməlidir".

Siyasi ekspert təklif edir ki, Azərbaycan bu məsələni həm Avropa İttifaqı, həm də ABŞ-la müzakirələrdə qəti şəkildə qoymalıdır: "Düşünürəm ki, Fransanın Azərbaycan əleyhinə fəaliyyəti parlamentdə müzakirə edilməli, Fransanın özünün Əlcəzairdə törətdiyi kütləvi qətllər müzakirə olunmalıdır. Fransızlar tərəfindən 132 il ərzində 1.5 milyon əlcazairli qətlə yetirilib, indi erməni separatçılarının dəstəklənməsi də bölgədə yeni qarşıdurmalara və təlafatlara rəvac verəcək. Azərbaycan Fransanın tarixi məsuliyyəti ilə bağlı məsələləri qaldırmalı və bununla da Parisin bu gün atdığı addımların bölgədə sülhün əldə olunmasına yaradacağı təhdidləri gündəliyə gətirməlidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm