Nida Təhlil
Fransa Senatının qəbul etdiyi qətnamənin konkret məqsədi var - Bir müddət sonra...
"Fransa Senatının məlum qətnaməsi ədalətsiz, qərəzli, riyakar siyasətin təzahürüdür. Bu qətnamə yararsız kağız parçasıdır. Millətimizin sol əlinin arxası ilə rədd edilir".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, bu qətnamə göstərdi ki, Fransa təcavüzkarın, terrorçunun, uşaq başı kəsənin yanındadır: “Bu qətnamə bir daha təsdiq etdi ki, otuz ilə yaxın müddətdə Fransa da Ermənistanla birlikdə torpaqlarımızın işğalında və o işğalın davam etməsində iştirak edib, məsuliyyət daşıyır”.
Milli Məclisin deputatı bildirib ki, belə bir qətnamə əbəs yerə qəbul edilməyib, konkret məqsədləri var: “Bu qətnaməni qəbul etməklə Fransa regiona yenidən qayıtmaq istəyir, Azərbaycana təzyiq etməyə çalışır, özünü hakim rolunda görməyə səy edir. Amma belə bir qətnamə heç bir nəticə verməyəcək. Ən çox ziyan çəkən Fransanın özü olacaq. Fransa bu qətnamədən peşman olacaq və bir müddət sonra Azərbaycan dövlətinin qapısında oturub qəbul olunmasını gözləyəcək”.
Musa Qasımlı qeyd edib ki, belə bir qətnamə BMT Nizamnaməsinin kobud surətdə pozulmasıdır: “Bu qətnamə Böyük Fransa Burjua İnqilabının azadlıq, bərabərlik və qardaşlıq şüarının ayaq altına atılmasıdır”.
Səxavət HƏMİD
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































