Nida Təhlil
Putin və Bayden geri çəkildi, Ərdoğan hücum əmri verdi - Əməliyyatın hədəfi
Türkiyə ordusunun Suriya və İraqın şimalında PKK terrorçularına qarşı hava əməliyyatı davam edir.
Publika.az xəbər verir ki, əməliyyat zamanı PKK-nın Suriya qanadı PYD-nin əsas mərkəzlərindən biri olan Ayn əl Ərəbə (Kobani) də ilk dəfə zərbələr endirilib. İlkin açıqlamalara görə, yüzə yaxın terrorçu məhv edilib, mövqeləri dağıdılıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu əməliyyatın anonsunu uzun müddətdir verirdi. İstanbulda Suriyadan göndərilən terrorçunun törətdiyi terror aktından sonra əməliyyatın legitimliyi daha da gücləndi.
Burada əsas diqqətçəkən məqam Rusiya və ABŞ-ın Türkiyə qarşısında səssiz qalmasıdır:
- Moskva hazırki geosiyasi şərtlərdə Türkiyə ilə uzlaşmağa məcburdur;
- Vaşinqton Rusiya ilə qarşıdurmada Ankaranın, tərəzinin Moskva gözünə ağırlıq verməsini istəmirlər, o cümldən, NATO-nun Finlandiya və İsveç üzərindən genişlənmə planı da Türkiyədən asılıdır;
Bu siyasi şərtlər Türkiyənin terrora qarşı mübarizəsini genişləndirmək imkanı verir. Suriya hava məkanında əsas nəzarətçi olan Rusiyanın, hava məkanını Türkiyə hava qüvvələrinə açması da bu kontekstdə təsadüfi deyil.
Birinci mərhələnin - hava əməliyyatının ardınca, Suriyada quru əməliyyatının başlanacağı ehtimalı da var, xüsusilə Türkiyənin sərhədə yaxın ərazilərində mülki insanların öldürülməsi ilə nəticələnən raket hücumları bu zərurəti gücləndirə bilər.
Türkiyənin əsas hədəfi həm təhlükəsizliyi təmin etmək, həm də suriyalıların geri qaytarılmasını həyata keçirmək üçün cənub sərhədlərində 30 kilometrlik təhlükəsiz bölgənin yaradılmasıdır.
Asif Nərimanlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































